Bizim Forumumuz
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Bakının Nəsimi rayonunun ərazisində (S.Vurğun küçəsi, 1006-cı məhəllə, Zorge parkı ilə üzbəüz) yerləşir və Azərbaycanda oxşarı olmayan, beynəlxalq standartlara cavab verən ilk özəl təhsil kompleksidir. Kompleksdə məktəbəqədər tərbiyə müəssisəsi, ümumtəhsil orta və 39 saylı musiqi məktəbi fəaliyyət göstərir. Bundan əlavə, kompleksin tərkibinə idman zalı, stadion, üzgüçülük hovuzu, qonaq evi və yemək xana daxildir. Kompleks 2001-ci il sentyabrın 1-də açılmışdır. Açılışda ümummilli liderimiz cənab Heydər Əliyev iştirak etmişdir.
Niyə bizi seçirlər?
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi yüksək təlim texnologiyalarının uğurla tətbiq olunduğu ilk müasir özəl təhsil ocağıdır. Bizim məktəbimizin digər ümumtəhsil məktəblərindən fərqli bir sıra səciyyəvi xüsusiyyətləri vardır. Gəlin onlarla tanış olaq.
1. Kompleks fasiləsiz təhsil sistemini əlaqələndirən vahid bir orqanizmdir: uşaq bağçası, orta ümumtəhsil məktəbi və musiqi məktəbi əlaqəli, kompleks fəaliyyət göstərir. Bağçada hər cür şəraitə malik olan tərbiyə və təlim mühiti yaradılmışdır. Şagirdlər ümumtəhsil fənlərinə yiyələnməklə yanaşı, musiqi məktəbində öz fərdi qabiliyyətlərini inkişaf etdirmək, yüksək səviyyəli musiqi təhsili almaq imkanı əldə edirlər. Daha ətraflı...