Baş səhifə

Giriş






Parol yaddan çıxıb?
Siz qeydiyyatdan keçməmisiniz. Qeydiyyat

Sayta baxırlar

Heydər Əliyev Adına Müasir Təhsil Kompleksi
Əsası 2001-ci ildə qoyulmuş Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Azərbaycanın özəl təhsil müəssisələrindən biridir. Kompleksin məqsədi – milli ruhda nümunəvi tərbiyə və təhsil sistemi yaratmaqdır.
Kompleksin açılışında iştirak edərkən xalqımızın ümummilli lideri Heydər Əliyevin dediyi “belə bir məktəb mənim bu gün verdiyim tövsiyələri yerinə yetirəcəkdir və beləliklə də, daha da yüksək bilik almış, gələcək üçün hərtərəfli hazırlıqlı gənclər buraxacaqdır ” sözlərini əldə rəhbər tutaraq, biz artıq 8 ildir ki, bu istiqamətdə uğurla çalışırıq.
Kompleks 3 hissədən ibarətdir: uşaq bağçası, orta ümumtəhsil məktəbi və 39 saylı musiqi məktəbi.
Daha ətraflı...

01.05.09

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində orta ümumtəhsil məktəblərinin iştirakı ilə II İntellekt Olimpiadası keçirilmişdir. Olimpiadada 26 komanda iştirak etmişdir. Yekun nəticələr aşağıdakı kimi olmuşdur:

Daha ətraflı...

19.04.09
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin keçirdiyi məktəblilər arasında  “Gənc  kompyuter istedadları” adlı I Respublika müsabiqəsində kompleksin IX sinif şagirdləri Həsənov Vüsal və Yusifov Ceyhun iştirak etmişlər. İnformatika kafedrasının müəllimi Rəna Əhmədovanın rəhbərlik etdiyi komandanın hazırladığı “Qoğal   nağılı” adlı layihə   I yerə layiq görülmüşdür. Qaliblər Təhsil Nazirliyinin diplomları və xüsusi hədiyyələrlə mükafatlandırılmışlar.

18.04.09
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin oxu zalında Çingiz Aytımatovun “Dəniz kənarı ilə qaçan alabaş” povestinin müzakirəsi keçirildi. 8b (Natavan, Elmira, Tamilla, Rəşad, Əlizamin, Fərid, Paşa, Nərmin, Fəqan) və 9b (Mətanət, Xanım, Salatın) sinif şagirdlərinin  fəal iştirakı ilə aparılan müzakirəyə Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi Hüseyn Mirzəyev rəhbərlik edirdi.