Kompleksimizdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əsrə bərabər ömür" tədbirlər silsiləsinə daxil olan son tədbir - "Mən Qarabağam" festivalı və konsert proqramı keçirilmişdir.
Qarabağın hər bir guşəsinin adət-ənənələri, simvolları, milli mətbəxini ətraflı şəkildə təqdim edən şagirdlərin layihələri münsiflər heyəti tərəfindən qiymətləndirilmiş, müxtəlif nominasiyalar üzrə sertifikatlara layiq görülmüşlər.
Böyük fəxarət hissi ilə həyata keçirdiyimiz “Mən Qarabağam" layihəsi bir ənənə kimi hər il Kompleksimizdə həyata keçiriləcəkdir!
Ulu Öndərin xeyir-duası və tövsiyələri ilə yola çıxmış Kompleksimiz hər zaman Heydər Əliyev ucalığına nail olmağa çalışmış və qürurla deyə bilərik ki, bu amalına nail olmuşdur.