1990-cı il, yanvarın 19-dan 20-ə keçən gecə yüzlərlə Azərbaycan övladının qətlə yetirilməsindən 34 il ötür. 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin icması Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərimizin əziz xatirəsini hörmətlə yad etmişlər. Həmçinin, Kompleksimizdə 20 Yanvar faciəsinə, şəhid olmuş Vətən övladlarının əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbirdə Azərbaycan tarixinə qanlı hərflərlə yazılan bu faciə barədə Kompleksimizin şagirdlərinə geniş məlumat verilmişdir.
Xalqımıza qarşı törədilən bu amansız faciənin qəhrəmanları olan bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət, yaxınlarına səbr diləyirik!