2-3 mart tarixlərində ölkəmizdə keçirilən, dünyanın ən böyük robot yarışı olan "İnternational Robotex" Avrasiya Çempionatının Azərbaycan milli seçim turu uğurla başa çatdı!
250-dən çox komandanın iştirakı ilə baş tutan bu yarışda Kompleksimizin şagirdlərindən ibarət komandalarımız müxtəlif kateqoriyalar üzrə bir-birindən maraqlı startup layihələr və robot yarışları ilə çıxış edərək finalda dəyərli mükafatlar qazandılar.
Strategic Guardian Squad-2-ci yer
QuakeGuard Innovators-3-cü yer
Thrill craft imaginers-3-cü yer, En iyi yazılım
Zookeepher Dream-3-cü yer, En iyi masa tasarımı
Agrotech Innovators-3-cü yer, en iyi robot tasarımı
SecureCity Techforce-3-cü yer, en iyi robot tasarımı
Cargo Drone Half kateqoriyası üzrə hər iki komandamız "Jüri özel mükafatı"na layiq görüldü.
Qalib komandalar 20-21 aprel tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək Yarımfinal mərhələsində iştirak etmək hüququ qazandı. Komandalarımızı təbrik edir və yarımfinal mərhələsində uğurlar arzulayırıq! Gələcək burada başlayır!