Mayın 21-də MTK Beynəlxalq Məktəbi Dialoq və İnkişaf naminə Ümumdünya Mədəniyyət Gününü qeyd etdi. Tədbirin məqsədi şagirdlər və icma arasında müxtəliflik şüurunu və hər bir mədəniyyətə və onun adət-ənənələrinə hörməti təbliğ etmək idi.
Şagirdlər müxtəlif ölkələrdən fərqli mədəniyyət və ənənələri təqdim etdilər. UNICEF nümayəndəsi, Bolqarıstan icmasının üzvü və Azərbaycan Dövlət Dillər Universitetinin alman dili müəllimi də daxil olmaqla tədbirdə müxtəlif millətlərdən olan qonaqlar iştirak edirdi.
Sərgidə təmsil olunan ölkələrin əksəriyyətindən qonaqların olması şagirdlərə bu mədəniyyətlər haqqında məlumatları birbaşa həmin mədəniyyətlərin nümayəndələrindən öyrənmə şansı qazandırdı. Əcnəbi müəllimlərimizə əvəzsiz dəstəyə və mədəniyyətləri haqqında məlumatlarına görə xüsusi təşəkkür edirik.