02.11.2018-ci il tarixində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Beynəlxalq bölmənin 6-9-cu sinif şagirdləri arasında futbol yarışı keçirilmişdi. Şagirdlər və müəllimlər həmin gün gözəl havadan zövq aldı, iştirakın məcburi olmamasına baxmayaraq, demək olar ki, hər bir şagird müsabiqədə iştirak etdi.

Müsabiqənin əvvəlində oyun qaydaları cənab Finch  və Frater  tərəfindən iştirakçılara izah edildi.Bu yarışmanın keçirilməsində əsas məqsəd şagirdlərə komandada işləmək əzmini ,ədalətli oyun və sağlam həyat tərzini təbliğ etmək idi.

6-7 və 8-9-cu siniflər iki fərqli müsabiqələrdə yarışa başladılar. Müsabiqə davam etdikcə komandaların nəticələrini izləmək və hər qrupda hansı komanda irəlidə olduğunu qeydə almaq üçün bu diaqramlardan istifadə etdik. 

Müəllimlər oyunların idarə edilməsinə, uşaqları həvəsləndirməyə və əvəzləyicilərin dəyişilməsinə kömək etdilər. Belə ki, hər bir komanda doqquz oyunçudan ibarət idi, amma oyunlarda tərəflər altı ya da yeddi nəfər olmaqla iştirak edirdi. Bu müsabiqə böyük bir komanda səyi idi və nəticədə futbol, dostluq və komanda ruhu qalib gəldi. 

Şagirdlər bütün yarışlarda mükəmməl iştirak etdilər, komandada birgə işləmək bacarıqlarını öyrəndilər, bir-birlərini ruhlandırdılar və bütünlüklə oyunlardan zövq aldılar! 

Qırmızı və Sarı komandalar 6-7-ci siniflərin finalında və Yaşıl və Göy komandalar 8-9-cu siniflərin finalında  qarşılaşdılar. Final oyunlarında dostluq və hörmət dolu bir atmosfer var idi. 6-7-ci siniflərin 3-3 hesabı ilə sona çatan maraqlı final oyununun birgə qalibləri olan Qırmızı və Sarı komandaları təbrik edirik. 9-10-cu siniflərin finalında 1-0 hesabı ilə qalib gələn Mavi komandanı da təbrik edirik.

Müsabiqədə iştirak edən bütün şagirdlərə və tədbirin keçirilməsində köməklik göstərmiş müəllimlərə, xüsusilə də Fəridə xanım, cənab Frater, Dinarə xanım və cənab Atabəyə səmimi təşəkkür edirik.