1 May tarixində "Qalereya 1969" sərgi salonunda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdlərinin uşaq yaradıcılığına həsr edilən "Günəşi qucaqla" adlı sərgisi keçirilib. Ulu Öndər H.Əliyevin 96-cı ildönümünə həsr olunmuş silsilə tədbirlərdən birincisi olan bu sərgidə şagirdlər öz əl işləri vasitəsilə sevimli nağıl və cizgi filmlərindən, ətraf mühitdə onları təəccübləndirən və sevindirən hər şeydən aldıqları təəssüratları çatdırıblar.