Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Ümumdünya Uşaqlar Günü ilə əlaqədar bayram keçirilmişdir. Bayram BMT-nin dünya uşaqlarının əmin-amanlığının təmin olunmasına, yaxşılaşdırılmasına yönəldilmiş fəaliyyətinin möhkəmləndirilməsinə həsr olunmuşdur. Şagirdlər müxtəlif ölkələrin milli geyimlərində performanslar nümayiş etdirmiş və məktəbdə təşkil olunan dünya mətbəx nümunələrindən ibarət sərgidə iştirak etmişlər.