2019-cu ilin mart ayından etibarən Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin İnsan Resursları şöbəsi “Personalın İnkişaf Proqramı” adlı layihəsinə start vermişdir. Bu layihə çərçivəsində İnsan Resursları şöbəsi qarşısına iki əsas məqsəd qoymuşdur. Birinci məqsəd Kompleksdə çalışan əməkdaşların iş vaxtından sonra gündəlik gərginlikdən ayırması, bilik və bacarıqlarını inkişaf etdirməsi, eyni zamanda yeni bacarıqlara yiyələnməsinə yönəlmişdir. Beləliklə, müvafiq imkanların yaradılması məqsədi ilə işçilər üçün Yoqa, Karate, Rus dili, Fransız dili, İngilis dili, Akademik  Pre-İELTS, Akademik İELTS kimi kurslar təşkil olunmuşdur. Layihənin ikinci məqsədi isə Kompleksin korporativ əlaqələrin daha da inkişaf etdirməsi üçün ayrı sahələr üzrə işləyən əməkdaşları bir araya yığaraq öz təcrübə, səriştə və bilikləri ilə bölüşməsidir. Bu məqsəd isə, Pre-İELTS və Akademik İELTS çıxmaq şərti ilə, Kompleksin məhz öz müəllimləri kolleqa müəllimlərinə kursların aparılması ideyası vasitəsi ilə həyata keçirilmişdir.