Növbəti MTK “Bake Sale 2022” xeyriyyə tədbiri 16 dekabr 2022-ci il tarixində baş tutdu. Tədbir bütün MTK icması üçün böyük uğur və təcrübə oldu. Uşaqların bu cür xeyriyyə aksiyalarında fəal iştirakı onlarda empatiyanı artırır. Bu xeyriyyə tədbirindən əldə olunan gəlir Azərbaycan SOS Uşaq Kəndlərinə ianə edildi. Xeyriyyəçilik məktəbdən başlayır və biz az yaşlarından uşaqlarda empatiya hissini yarada bildiyimiz üçün çox xoşbəxtik.