
Müasir dünyamızda planetimizin rifahını təhlükə altına salan bir çox amillər mövcuddur. Ölkənin davamlı inkişafı təbii mühitimizə və onun resurslarına ekoloji təsirimizi azaltmaq üçün atılan addımların dinamik balansını tələb edir.
İqlim fəaliyyətini dəstəkləmək və gələcəkdə fəlakət risklərini azaltmaq üçün gənclərimiz bu gün çox fəal olmalı və iqlim dəyişikliyinə səbəb olan problemlərin aradan qaldırılmasında böyük rol oynamalıdır.
Bizim də məqsədimiz gəncləri maarifləndirmək, mövcud problemlərin mümkün həll üsullarını müəyyənləşdirmək və Davamlı İnkişaf Məqsədləri çərçivəsində İqlim Dəyişikliyinin nəticələrinin yüngülləşdirilməsi üçün tədbirlərin əldə edilməsi istiqamətində və onların adaptasiyasına nail olmaq üçün gənc nəslə kömək etməkdir.
“Gələcək burada başlayır!” Məktəb Müsabiqəsinin əsas məqsədləri aşağıdakılardır:
- Gəncləri İqlim Dəyişikliyinin (İD) təsirlərinin azaldılması və adaptasiya tədbirləri haqqında maarifləndirmək;
- Ətraf mühitin çirklənməsi ilə mübarizə yolları haqqında məlumat vermək;
- Gənclər üçün layihələrin təqdim etdiyi imkanların təşviqi;
- Gənc nəslə əməkdaşlıq yolu ilə DİM-ə nail olmaq istiqamətində tədbirlər görməkdə yol göstərmək.
Tədqiqat Layihəsinə verilən tələbləri:
- Fəaliyyətə çağırış təcrübədə tətbiq oluna bilən, icrası və idarə edilməsi mümkün, etibarlı bir layihə olmalıdır.
- Təklif edilən fəaliyyət çağırışları İqlim Dəyişikliyinin nəticələrinin yüngülləşdirilməsi və adaptasiyaya fokuslanmalıdır.
- Təklif edilən fəaliyyət çağırışlarına proqramların, oyunların yaradılması, yarmarkaların təşkili, infoqrafikanın dizaynı, davamlı məhsullarla onlayn bazarların yaradılması, layihə prototipləri daxil ola bilər (lakin bunlarla məhdudlaşmır).
- Tədqiqat qrupu: hər məktəb üzrə 9-11-ci siniflərdən cəmi altı şagird
- Nəzarətçilər: hər məktəb üzrə bir müəllim
Tədqiqat sənədinin formatı:
- baş səhifə və biblioqrafiya da daxil olmaqla ən azı dörd səhifədən ibarət olmalı;
- Times New Roman 12 şriftindən istifadə edilməli;
- ikiqat boşluqdan (sətirarası) istifadə olunmalı;
- kənarlar: normal – Üst 1”, Aşağı 1”, Sol 1”, Sağ 1” ölçüsündə olmalı;
- başlıq səhifəsində məktəbin adı, tədqiqatçı şagirdlərin adları, nəzarətçilərin adı, tarix və layihənin adı göstərilməli;
- ikinci səhifədə seçilmiş DİM, tədqiqatçılar- şagirdlər arasında rolların bölüşdürülməsi və tədqiqat layihəsinin məqsədləri daxil edilməli;
- Tədqiqat tezisinə 1) layihənin təsviri, 2) tədqiqat üsulları (müsahibələr, sorğular, ərazi səfəri/ düşərgə müşahidələri, torpaq/su analizi, sosial layihələr və s.), 3) tədqiqat prosesi, 4) tədqiqat nəticələri və 5) fəaliyyətə çağırış (həyata keçirilə bilən təklif) daxil edilməli;
- son səhifə biblioqrafiya olmalı;
- istifadə olunan bütün mənbələrə istinad edilməlidir.
Layihənin təqdimatına dair tələblər:
- PowerPoint təqdimatı;
- Başlıq slaydı ilə birlikdə 10-15 slayd;
- İstifadə olunan hər hansı mediaya (şəkillər, cədvəllər, diaqramlar, videolar və s.) istinad etmək;
- Başlıq və alt başlıqlar üçün Times New Roman 24 şrift ölçüsü;
- Mətnin əsas hissəsi üçün Times New Roman 18 şrift ölçüsü;
- Hər slayd üçün 10 sətrə qədər mətn;
- 10 dəqiqəlik təqdimat;
- Tədqiqatın nəticələrinə diqqət yetirmək;
- Afişa təqdimatlar (istəyə görə);
- Müsabiqənin rəsmi dili: İngilis dili
Texniki Tələblər:
- Notbuk
- Yaddaş kartında və bulud yaddaşında Power Piont Təqdimatı və Tədqiqat Sənədi
Mükafatlar:
Ən yaxşı 3 layihəyə mükafatlandırma çekləri təqdim ediləcəkdir. Digər iştirakçılar həvəsləndirici mükafatlarla təltif olunacaqlar. Laureatlar təşəkkürnamə, həvəsləndirici mükafatlar və sertifikatlar alacaqlar.
Qeydiyyat keçidi:
https://forms.office.com/r/ayHyheDQdg
Əlaqəli şəxs:
Rəna Ələsgərova (Layihə koordinatoru)
Telefon: +994708540103
E-poçt: rena.alasgarova@mtk.edu.az
mtk
muasirtehsilkompleksi
mtkazerbaycan
mtkbaku
müasirtəhsilkompleksi
hedərəliyevadınamüasirtəhsilkompleksi
modern
education
school
kindergarten
preschool
primary
secondary
highschool
bilingual
cambridge
IB
детскийсад
начальнаяшкола
русскийсектор
internationalstream
bakimoderntehsilkompleksi
bakımoderntəhsilkompleksi
частныешколыбаку
mtkschoolbaku
muasir
özəlməktəblər
schoolsinbaku
tehsilkompleksi
bestschoolsinbaku
лучшиешколывБаку
STEAM
internationalschool
privateschool
детскийсадик
детскийсадрядом
сайтыдетскихсадов
современныедетскиесады
хорошийдетскийсад
oxfordschool
oksfordschool
cambridgeschool
дошкольный
bagca
ibtidaimekteb
ortamekteb
bilinqualtehsil
школа
montessori
britishschool
middleschool
elementaryschool
mekteb