3 il ardıcıl olaraq Azərbaycanı Amerikada təmsil edən ilk özəl məktəb oldu.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin X sinif şagirdi Kamran Mirzəli “Sabahın alimləri” XII Respublika Müsabiqəsində biologiya fənni üzrə ölkənin ən güclüsü olub və o, Azərbaycanı Amerikada keçiriləcək dünyanın ən böyük müsabiqələrindən biri olan İntel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində təmsil edəcək. Kompleksin digər şagirdi Nigar Mirzəli isə kimya fənni üzrə müsabiqənin bürünc medalını qazanıb. O, keçən il keçirilən “Sabahın alimləri” XI Respublika Müsabiqəsində riyaziyyat fənni üzrə qızıl medal qazanaraq digər şagirdimiz Leyla Abbasova ilə birlikdə ölkəmizi Amerikada təmsil etmişdi. 2021-ci ildə isə Rafiq Qasımov riyaziyyat fənni üzrə ölkənin ən güclüsü olaraq Amerikada keçirilən Intel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı təmsil etmişdi.
Şagirdlərimizin bu böyük uğurlarında əməyi olan müəllimlərə və valideynlərinə təşəkkür edirik! Kamrana isə finalda uğurlar arzu edirik!
#MTK #beynelxalqmekteb #internationalschool #ibtidaimekteb #mektebeqeder #muasirtehsilkompleksi #ortamekteb #sabahinalimleri #SabahınAlimləri #ISEF #isef2023