Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə xoş gəlmişsiniz!
Sizi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllim-şagird kollektivi adından salamlayır, Bizi seçdiyiniz, Bizə güvəndiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi özündə bağça-məktəb fəaliyyətini birləşdirən, ölkəmizdə fəaliyyət göstərən ən nüfuzlu, ilk özəl təhsil müəssisəsidir.
MTK 2001-ci il sentyabr ayının 1-də Ulu öndər, Ümummilli lider Heydər Əliyevin bilavasitə iştirakı ilə açılmışdır. Kompleksin peşəkar heyəti olaraq açılış mərasimində Ulu öndərin təhsil, məktəb, müəllim haqqında dediyi sözləri, verdiyi tövsiyələri əsas tutaraq bu məsuliyyəti öz üzərimizə götürürük. Əsas vəzifəmizin bizə əmanət etdiyiniz ən əziz və dəyərli saydığınız varlığın - uşaqların, gənc nəslin dövrün, cəmiyyətin tələbinə uyğun olaraq düzgün tərbiyəsindən, azərbaycanlı mənliyini, azərbaycançılıq ideyalarını özündə birləşdirən hərtərəfli inkişaf etmiş, layiqli övlad olmasından qürur duyduğunu hər yerdə müxtəlif dillərdə bəyan edə biləcək bir nəslin yetişdirilməsindən ibarət olduğunu bilirik.
MTK – dostluğun çox böyük bir əhəmiyyət kəsb etdiyi, əməkdaşlar və şagirdlər arasında qarşılıqlı hörmətin olduğu, xoşbəxt bir ailə ab-havasını hiss etdirən bir evdir. Bu ailənin hər bir üzvü uşaqların intellektual maraq, emosional stabillik və mənəvi hədəflərə əsaslanan güclü şəxsiyyət kimi yetişməsinə kömək edir. Biz şagirdlərimizin sürətlə qloballaşan bir dünyada yaşaması, oxuması və işləməsi üçün lazım olacaq intellektual, şəxsi,emosional və sosial bacarıqlarını inkişaf etdiririk.
MTK-da müxtəlif yaş qruplarından olan şagirdlərin təlim aldığı illər ərzində yüksək akademik nailiyyətlər əldə etməsinə, öz şəxsiyyətini xoş, sağlam, qayğıkeş bir mühitdə hərtərəfli inkişaf etməsinə çalışırıq. Biz şagirdlərimizin akademik potensiallarını inkişaf etdirməklə yanaşı,onların digər sahələrdə də öz istedadının aşkar edilməsinə və inkişafına çalışırıq. Beynəlxalq ictimaiyyətin daim yenilənən tələblərinə əminliklə adaptasiya olmalarına kömək edən xüsusiyyətləri - ünsiyyətdə dözümlülük və tolerantlığı inkişaf etdirmək çox vacibdir.
Biz çalışırıq ki, şagirdlərimiz:
- Öz səyi və təşəbbüsü ilə müvəffəqiyyət və uğura doğru qətiyyəti və davamlılığı nümayiş etdirən yerli və xarici müəllimlərin iştirakını dəstəkləyərək
- Gələcək həyatlarında onların uğurlu olmalarının imkanlarını artıran vərdiş, akademik bilik və bacarıqlarla təmin edilərək
- Ən yüksək nailiyyətlər tələb edərək
- Bütün valideynlərlə və müvafiq maraqlı tərəflərlə qarşılıqlı fəaliyyət göstərən məktəb icmasını inkişaf etdirərək dəstəkləyici və təhlükəsiz bir mühitdə inkişaf edərək xoşbəxt olsunlar.
Bizi əhatə edən dünya daim dəyişir və şagirdlərin ehtiyaclarının ödənilməsi tətbiq etdiyimiz hər bir yeniliyin əsasında durur. Məktəbin proqramı dəstəkləyici mühitdə təlim təcrübəsi ilə şəxsiyyətin inkişafını özündə birləşdirir. Biz müəyyənləşdirdiyimiz dəyərlərə əsaslanaraq bu məsuliyyətli və çətin bir yolda sizinlə birlikdə addımlayırıq. Biz şagirdlərimizin yalnız MTK daxilində deyil, sərbəst həyata addım atdıqdan sonra da uğur qazanması, təhsilini davam etdirməsi üçün müvafiq dəstəkləyici proqramlar tətbiq edirik. Məqsədlərimizdən biri şagirdlərimizin öz bilik və bacarıqlarını yalnız ana dilində deyil, həmçinin xarici dildə də təqdim edə bilməsidir. Bu məqsədə çatmaq üçün son illər ərzində bağça və ibtidai məktəbin bilingual sistemdə fəaliyyətini dəstəkləyirik.
Biz çalışırıq ki, MTK ailəsinə gələn hər yeni şagird öz xoşbəxtliyini və bu ailəyə mənsubluğunu hiss etsin. Çünki gələcək müvəffəqiyyətlərinin əldə olunması üçün bu, çox vacibdir. Bizim infrastrukturumuz, əlverişli şəraitimiz və peşəkar pedaqoji heyətimiz hər bir konkret təlim ehtiyacı üçün uyğunlaşdırılmış isti, doğma bir şəraitdə proqramları tətbiq etməyə imkan verir. Biz şagirdlərə öz müəllimlərini yaxından tanımağa imkan verən, özünüzü sakit və komfortlu hiss edə biləcəyiniz atmosfer yaratmaq üçün siniflərimizi və təlim qruplarını nisbətən kiçik sayda saxlayırıq.
Hər bir şagird ayrılıqda və bütün şagirdlər birlikdə bizim üçün dəyərli olduğu üçün inkişaf proqresi bütün şagirdlərin nailiyyəti sayılır.
Aygün Mikayılova - Direktor