Sinifdə tətbiq edilən əsas və digər dillər

Dərslərdə tətbiq edilən əsas təlim dili rus dilidir. Rus bölməsinin orta təhsil pilləsinin şagirdləri nikbin şəkildə bu dildə danışmağa sövq edilirlər, bununla da sinifdə rus dili mühiti yaradılır.

Rus bölməsinin orta təhsil pilləsində təhsil almaq istəyən şagirdlər bu dildə düzgün oxu, yazı, danışma və dinləmə bacarıqlarına sahib olmalıdırlar. Müxtəlif akademik biliklərə ehtiyacı olan (məsələn, ədəbiyyat, coğrafiya və ya riyaziyyat fənlərindən çətinlik çəkən) şagirdlər əlavə dəstəklə təmin olunsalar da, onlara xüsusi dil dəstəyi göstərilmir. Rus bölməsinin orta təhsil pilləsinə qəbul olunan şagirdlərə bu yanaşma onları 9 və 11-ci siniflərin sonunda keçirilən buraxılış imtahanlarında müvəffəqiyyət əldə etmələrinə zəmin yaradır.

Azərbaycan dili dövlət dili olduğu üçün rus bölməsininin şagirdlərinə icbari şəkildə tədris olunur. Müasir xarici dillərin seçimi ilə daha ətraflı Tədris proqramına daxil olan fənlər və bizim təlim mühitimiz bölməsində tanış ola bilərsiniz.

Şagirdlərə əlavə olaraq hər gün bir saat “ingilis dili əlavə dil kimi” və həftədə üç dəfə isə “qlobal inkişaf” fənləri (bax: Tədris proqramına daxil olan fənlər və bizim təlim mühitimiz bölməsinə) olmaqla ingilis dili həftədə səkkiz saat tədris olunur.

Siniflərdə şagird və müəllimlərin sayı

5-ci sinif (10-11 yaş)- şagird sayı maksimum 18 nəfər, bütün dərslərdə iştirak edən 1 müəllim, 1 assistent müəllim

6-cı sinif (11-12 yaş)- şagird sayı maksimum 18 nəfər, bütün dərslərdə iştirak edən 1 müəllim, 1 assistent müəllim

7-ci sinif (12-13 yaş)- şagird sayı maksimum 18 nəfər, bütün dərslərdə iştirak edən 1 müəllim, 1 assistent müəllim

8-ci sinif (13-14 yaş)- şagird sayı maksimum 18 nəfər, bütün dərslərdə iştirak edən 1 müəllim, 1 assistent müəllim

9-cu sinif (14-15 yaş)- şagird sayı maksimum 18 nəfər, bütün dərslərdə iştirak edən 1 müəllim, 1 assistent müəllim

10-cu sinif (15-16 yaş)- şagird sayı maksimum 18 nəfər, bütün dərslərdə iştirak edən 1 müəllim, 1 assistent müəllim

11-ci sinif (16-17 yaş)- şagird sayı maksimum 18 nəfər, bütün dərslərdə iştirak edən 1 müəllim, 1 assistent müəllim

2018-2019-cu tədris ilində rus bölməsinin orta təhsil pilləsi yalnız 5-6-cı siniflər üçün təqdim olunur və gələcəkdə isə siniflərin artması gözlənilir.

Tədris proqramına daxil olan fənlər və bizim təlim mühitimiz

Rus bölməsinin orta təhsil pilləsində aşağıdakı fənlər tədris olunur:

  • Rus dili və ədəbiyyat
  • Riyaziyyat
  • Həyat bilgisi
  • Biologiya
  • Kimya
  • Fizika
  • İKT/kompüter və media bilikləri
  • Azərbaycan dili
  • İngilis dili əlavə bir dil kimi (ingilis dilində tədris olunur)
  • Tarix
  • Coğrafiya
  • Qlobal inkişaf (ingilis dilində tədris olunur)
  • Biznes və iqtisadiyyat
  • Texnologiya
  • Təsviri incəsənət
  • Musiqi
  • Fiziki tərbiyə
  • Elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM-ingilis dilində tədris olunur)
  • Müasir Xarici Dillər
  • İbtidai hərbi hazırlıq

Rus bölməsinin orta təhsil pilləsində əsas tədris proqramı kimi milli tədris proqramı (kurikulum) tətbiq olunur. Biz bu proqrama digər tanınmış beynəlxalq proqramların elementlərini daxil etməklə onu tamamlayırıq.

Biz özümüzəməxsus tədris proqramımızı yaratmaq üçün müxtəlif beynəlxalq və Azərbaycan təhsil proqramlarını birləşdirmişik. Bütün fənlər üzrə sınaqdan keçirilmiş, uğurlu və müasir təlim metodlarının istifadəsi tədrisin keyfiyyətinin və şagird nailiyyətinin yüksək olmasına tam zəmanət verir.

Rus bölməsinin orta təhsil pilləsində təlim birgə öyrənmə, taktil, kinestetik təlim, eləcə də müasir texnologiyalardan tədris prosesində istifadə imkanını, ənənəvi və müasir tədris metodlarını özündə ehtiva edir. Bu yanaşma isə XXI əsrin tələblərinə cavab verən ünsiyyətqurma, əməkdaşlıq, yaradıcılıq bacarıqlarını inkişaf etdirməklə yanaşı, eyni zamanda yüksək savadlılıq (oxu və yazı), riyazi və sosial bacarıqların əldə olunmasını təmin edir. Bu bacarıqlar sürətlə irəliləyən, qloballaşan dünyada şəxsi və peşəkar müvəffəqiyyət əldə etmək üçün vacibdir. Şagirdlərə kompüter və digər texniki vasitələrdən istifadə etmə,hər hansı bir məsələdə qərarvermə imkanı verilməsi tədris proqramımızın və sinifdənxaric fəaliyyət planımızın əsas prinsipidir.

Şagird müvəffəqiyyətinin qiymətləndirilməsi və imtahanlar

Rus bölməsinin orta təhsil pilləsində Azərbaycan Respublikasının təhsil proqramına əsasən tədris edilən icbari fənlərə uyğun olaraq ildə iki dəfə summativ qiymətləndirmə keçirilir.

Hər semestrin sonunda keçirilən summativ qiymətləndirmə ilə yanaşı, şagirdlərin inkişafını müəyyən etmək və müəllimlərin təlim nəticələrinin səmərəliliyini təmin etmək məqsədilə (həftəlik və ya aylıq) mütəmadi olaraq şagirdlərimiz diaqnostik testlər vasitəsilə qiymətləndirilirlər. Bu qiymətləndirmə şagirdlərin bütün fənlər üzrə olan bilik, bacarıq və anlama səviyyələrini, eyni zamanda 9 və 11-ci siniflərdə keçirilən buraxılış imtahanına olan hazırlıq səviyyələrini müəyyən edir. Bizim tətbiq etdiyimiz qiymətləndirmə vasitələrinin müxtəlifliyi Azərbaycan və beynəlxalq tədris məqsədlərinə uyğun olaraq şagirdlərin inkişafını dəyərləndirməyə köməklik göstərir.

9-cu sinfin sonunda şagirdlərə ümumi orta təhsil səviyyəsini əhatə edən buraxılış imtahanı keçirilir.

11-ci sinfin sonunda şagirdlərə tam orta təhsil səviyyəsini əhatə edən buraxılış imtahanı keçirilir.

İmtahanlar və digər qiymətləndirmə formaları şagirdlərimizin təhsilində olan boşluqları müəyyən etmək və aradan qaldırmaq, onların “zehni inkişafına” təkan vermək məqsədilə uşaqların yaş səviyyəsinə uyğun, nikbin şəkildə aparılır. Biz həmçinin şagirdlərimizin gələcək təhsillərində uğur qazanmalarını dəstəkləmək məqsədilə onlara lazım olan imtahan bacarıqlarını da inkişaf etdiririk.

Yemək vaxtları

Dərs gününün əvvəlində şagirdlərə səhər yeməyi, günorta vaxtı nahar, günortadan sonra isə qəlyanaltı verilir.