Ümumi məlumat

Məktəbimizin əsas üstünlüyü doğma vətənimizin zəngin tarixinə, dilinə, mədəniyyətinə olan dərin sevgini və hörməti özündə əks etdirməklə yanaşı, əsl beynəlxalq təhsil verməkdir.

Beləliklə, sizin aşağıdakı seçim imkanlarınız var:

2-5 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil (2 bölmə üzrə):

  • İngilis/Azərbaycan dillərində məktəbəqədər təhsil
  • İngilis/rus dillərində məktəbəqədər təhsil

5-17 yaşlı uşaqlar üçün ibtidai və orta təhsil (3 bölmə üzrə):

  • İngilis dilində tədris olunan beynəlxalq təhsil (azərbaycanlı şagirdlər üçün Azərbaycan dili də tədris edilməklə)
  • Həftədə ən azı səkkiz dərs ingilis dilində olmaqla dövlət tədris proqramına əsaslanan Azərbaycan dilində təhsil
  • Həftədə ən azı səkkiz dərs ingilis dilində olmaqla dövlət tədris proqramına əsaslanan rus dilində təhsil

* Təhsil prinsiplərimiz qanunidir və lisenziyalaşdırma tələblərinə tam uyğundur, belə ki, beynəlxalq bölmənin şagirdlərinə Azərbaycan dilinin və tarixinin zəruri komponentləri ingilis dilində tədris olunur.

Beynəlxalq bölməmizin 16-18 yaşlı şagirdləri (2019-2020 ci illərdən) dünyanın bir sıra aparıcı universitetlərinə daxil olmaq üçün A-səviyyəsində imtahan vermək imkanı əldə edəcəklər. Bu imtahanlar Azərbaycanın tədris proqramına əsasən 9 və 11-ci siniflərdə keçirilən buraxılış imtahanları ilə yanaşı keçiriləcək.

Tədris proqramı haqqında ətraflı məlumat almaq üçün aşağıdakı bölmələrə daxil ola bilərsininz: