Missiya və Təsvir

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Azərbaycan təhsili məkanında beynəlxalq tədris mərkəzidir. 
Biz şagirdlərimizə təkcə intellektual səviyyəni deyil, həm də fərdi yaradıcılıq, əməkdaşlıq bacarıqlarını, fiziki sağlamlığı, sosial və emosional rifahı inkişaf etdirmək üçün tərtib olunmuş geniş proqram təklif edirik. 
Məktəbimizin əsas məqsədi bütün MTK şagirdlərinin əsl ikidilli olmalarını, yəni onların nəinki ingilis və ana dillərində səlis danışmalarını, həm də bu dillərdə tam akademik biliklərə yiyələnmələrini təmin etməkdir. 
Məktəbimiz şagirdlərə karyera və gələcəyi proqnozlaşdırmağın çətin olduğu bugünkü həyəcanlı, həm də fırtınalı dünyada inkişaf etməyə hazırlayan təhsil verir. 
Bunu nəzərə alaraq məzunlarımızı ali məktəb və gələcək karyera seçməkdə yüksək səviyyədə rahatlıq verə bilən, 21-ci əsr bacarıqları ilə təmin edəcək tədris proqramı hazırlamışıq. 
Bizim məqsədimiz məktəbimizdə təhsil alan hər bir şagirdin xoşbəxt və özünəinamlı olmasını təmin etməklə yanaşı, bu pozitiv keyfiyyətləri rəhbər tutaraq ömürboyu öyrənmə eşqi olan, universitet həyatına və uğurlu karyera qurmağa hazır bir gənc yetişdirməkdir. 
 

Dəyərlər

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Azərbaycan təhsili məkanında şagirdləri tam inkişaf etdirən beynəlxalq tədris mərkəzidir. 
Hal-hazırda ibtidai sinifdə təhsil alan şagirdlər üçün yetkinlik yaşına çatan dövrə qədər lazım olan işin və təhsilin xarakterini düzgün şəkildə proqnozlaşdırmaq çətindir.
Yalnız akademik bacarıqların inkişaf etdirilməsinə üstünlük verilməsi artıq sürətlə dəyişən dünyanın tələblərini qarşılamaq üçün müvəffəqiyyətin zəmanəti sayıla bilməz. 
Təhsil mütəxəssisi Karl Fisch qeyd etdiyi kimi: 
“Hazırda biz şagirdlərimizi sanki bəlli olmayan problemləri həll etmək üçün mövcud olmayan peşələrə yiyələnməyə, hələ icad olunmamış texnologiyalardan istifadə etməyə hazırlayırıq.” 
Biz şagirdlərimizə intellektual səviyyəni, fiziki və emosional sağlamlığı, yaradıcılıq və empatik ruhu inkişaf etdirmək üçün tərtib olunmuş müxtəlif öyrənmə təcrübələrini təqdim edirik. 
Yuxarıda dediklərimizi nəzərə alaraq biz şagirdlərimizə aşağıdakı dəyərləri aşılamaq niyyətindəyik: 
 
Əzmkarlıq- iradəli və əzmkar olmaq.
 
Tolerantlıq – hər bir insanın fərqliliyini anlamaq və qəbul etmək
 
Multikulturalizm - milli və beynəlxalq dəyərlərə sadiq olmaqla yanaşı müasirliyə meyilli olmaq.
 
Yaradıcılıq - 21-ci əsrin mürəkkəb problemlərinə qeyri-standart yanaşmaq. 
 
Dürüstlük - məsuliyyətin ağırlığından asılı olmayaraq reallığı qəbul etmək. 
 
Savadlılıq – yenilik və rəqəmsal savad daxil olmaqla tətbiqi biliklərə yiyələnmək.
 
Mükəmməllik – bütün səylərdə üstün olmaq öhdəliyi.
 
Ruh yüksəkliyi - öyrənməyə olan səmimi bir sevgi və öz potensialını reallaşdırmaqdan irəli gələn təşəbbüs.
 
Liderlik – təşəbbüs, iştirak, müzakirə, fərdi və sosial məsuliyyət, nizam-intizam, effektivlik.
 
 

MTK məzununun profili

 
Bizim üçün çox vacibdir ki, şagirdlərimiz: 
 
  • İrsinə və mili mənəvi dəyərlərinə hörmət edən əsl Azərbaycan vətəndaşı kimi yetişsin;
  • Akademik cəhətdən ən yüksəyinə nail olsun;
  • Ən azı iki dildə tam akademik biliyə yiyələnərək asanlıqla ali məktəb və gələcək karyera seçimi etməyə imkanları olsun; 
  • Səriştəli və yenilikçi olsun;
  • Peşəkarlıqla ünsiyyət qursun, yaradıcı, tənqidi düşünərək üzləşdiyi problemləri asanlıqla həll etsin;
  • Fiziki və emosional cəhətdən sağlam yetişsin.