Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin ibtidai məktəbi 6-9 yaşlı uşaqları yüksək keyfiyyətli təhsil və qayğı ilə təmin edir.
Tədris proqramımız Kembric ibtidai tədris proqramının, Azərbaycan Milli Kurikulumunun və Beynəlxalq ibtidai kurikulumun müsbət elementlərini özündə birləşdirərək, maraqlı, autentik ikidilli təlim mühiti yaradaraq ingilis və ana dillərində tətbiq olunur.
Şagirdlər aşağıdakı iki bölmədən birini seçə bilərlər:
Qeyd: Əcnəbi şagirdlərə Azərbaycan dilində tədris olunan fənlərin əvəzinə ingilis dilində dərslər təklif olunur.
Öyrədici oyunlar, birgə və layihə əsaslı təlim və texnologiyanın istifadəsi yüksək keyfiyyətli tədrisin, oxu, yazı, riyaziyyat kimi əsas bacarıqların səylə tətbiqi ilə tamamlanır. Bu yanaşma davamlı, yüksək səviyyəli akademik nailiyyətlərin əldə olunması və təlimə müsbət münasibətin yaranması ilə nəticələnir.
MTK təsviri incəsənət, idman, dil və akademik klublar, liderlik proqramları, idman yarışları və olimpiadalar da daxil olmaqla hərtərəfli məktəbdənkənar proqramlar vasitəsilə sosial-sağlam təhsil tətbiq edir. Bu fəaliyyət növləri gözəl öyrənmə təcrübəsi olub sosial bacarıqların inkişaf etməsini və ömürboyu öyrənməni təmin edir.
Hər iki bölmə valideynlərin istəyinə əsasən Azərbaycan və ya rus dilində təqdim olunan Milli Kurikulumla tamamlanan güclü beynəlxalq tədris proqramına malikdir. İbtidai siniflərin tədris proqramına aşağıdakı fənlər daxildir. Valideynlərə bir sıra fənlərin tədris olunması üçün dil seçimi edərək ingilis və ana dilini seçmək imkanı verilir.
Qeyd: aşağıdakı cədvəl sadələşdirilmiş şəkildə verilmişdir. Hər sinif, bölmə üzrə tətbiq olunan dil seçimi haqqında dəqiq məlumat əldə etmək üçün admissions@mtk.edu.az elektron poçtuna müraciət etməyiniz xahiş olunur.
Əsas fənlər (hər gün tədris olunan) |
Təlim dili |
Digər fənlər (həftədə 2-3 dəfə tədris olunan) |
Təlim dili |
İngilis dili: oxu, yazı, danışma və dinləmə
|
İngilis dili
|
Sosial biliklər
|
Dil seçimi əsasında
|
Ana dili (yerli proqram üzrə dil seçimi): oxu, yazı, danışma və dinləmə
|
Bilinqual A: Azərbaycan dili Bilinqual B: Rus dili -Bilinqual B bölməsinin şagirdlərinə Azərbaycan dili dövlət dili kimi tədris olunur |
STEAM: təbiət elmləri, texnologiya, mühəndislik, təsviri incəsənət və riyaziyyat fənləri üzrə praktik dərslər |
İngilis dili |
|
Dil seçimi əsasında
|
Kompüter bilikləri
|
Dil seçimi əsasında
|
|
Kreativ inkişaf: təsviri incəsənət, musiqi, rəsm və rəqs
|
Təsviri incəsənət, rəsm dərsləri ingilis, musiqi, rəqs dərsləri isə ana dilində tədris olunur. |
|
Fiziki inkişaf: fiziki tərbiyə və üzgüçülük |
İngilis dili |
||
Fərdi, sosial və tibbi maariflənmə: yaxşı vətəndaş olmağa, həyat və sosial bacarıqlara dair təlimatlar |
İki dildə: həm ingilis, həm də ana dilində tədris olunur. |
||
Əlavə xarici dil: - İbtidai sinif şagirdləri üçün tədris proqramları və ya dərnəklər vasitəsi ilə fransız, alman, rus və ərəb dilləri tədris olunur. Şərtlər sinif və bölməyə görə dəyişilir. |
Tədris olunan dil |
İbtidai siniflərdə aşağıda göstərilən metodlardan istifadə edərək şagirdlərin təlim və tərbiyədəki inkişaf dinamikasını yaxından izləyirik:
Yuxarıda qeyd olunanların hamısı hər bir şagird haqqında ətraflı məlumat daşıyan e-mtk jurnalı vasitəsilə valideynlərə aydın və səmərəli şəkildə təqdim olunur.
MTK-nın ibtidai təhsil pilləsini fərqləndirən xüsusiyyətlər:
Biz tədris proqramımızı şagirdlərimizin MTK- da öz təhsillərini yüksək səviyyədə başa vurması üçün dəqiqliklə hazırlamışıq.
MTK məzunları ən azı iki dildə tam akademik biliklərə sahib olur, əksəriyyəti isə üç və ya daha artıq dildə sərbəst danışa bilirlər. Bu isə o deməkdir ki, həm vətəndə, həm də xarici ölkələrdə geniş təhsil və karyera imkanları onların üzünə daim açıq olacaqdır.