Dərsdənkənar proqramlar
Dərnəklər, liderlik proqramları, xeyriyyə işləri, sosial layihələr, idman fəaliyyəti, yarışlar, olimpiadalar və daha çox!
Sinif otağı övladınızın təhsilinin və həyatının ayrılmaz hissəsi olduğuna baxmayaraq o yalnız təhsilin bir hissəsi kimi qalmamalıdır. Övladınızın hərtərəfli təhsildən zövq almasını istəyirsinizsə, “dərsdənkənar fəaliyyətlər” onun təhsil həyatına əla bir əlavə ola bilər.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “dərsdənkənar fəaliyyət proqram”ımızla bu yanaşmanı daim diqqətdə saxlayırıq. Şagirdlər idman, rəsm, musiqi, akademik dərnəklər, yarışlar, liderlik bacarıqlarını inkişaf etdirən xeyriyyə işləri və sosial layihələr kimi bir sıra fəaliyyət növlərində iştirak edə bilərlər. Bizim prioritetimiz şagirdləri dərslər bitdikdən sonra gün ərzində təhlükəsiz, rahat və inkişafyönümlü fəaliyyətlərlə təmin etməkdir.
Tədqiqatlar göstərir ki, müntəzəm olaraq dərsdənkənar fəaliyyətlərdə iştirak edən şagirdlər bir sıra üstünlüklərə malik olurlar. Onlar öyrənirlər, böyüyürlər və ən əsası əylənirlər..
Müasir Təhsil Kompleksi tərəfindən övladlarınıza təklif olunan “dərsdənkənar fəaliyyət”lərin və klubların ilk 10 faydası aşağıdakılardır:
- Akademik: “Understood” jurnalına görə aparılan araşdırmalar göstərir ki, dərsdən sonra fəaliyyətlərdə iştirak edən şagirdlər daha yüksək qiymətlərə və iş etikasına malik olurlar.
- Zamanın idarə olunması: Övladınızın məktəb və ailədən başqa əlavə öhdəliklərinin olması ona öz vaxtını düzgün dəyərləndirməyi və son tarixlərə uyğunlaşmağı öyrənməsinə kömək edə bilər.
- Dostluq və sosial bacarıqlar: Ənənəvi sinifdə ünsiyyət üçün çox məhdud vaxt ayrılır, amma dərsdənkənar fəaliyyətlər şagirdlərə dərin münasibətlər qurmaq, dostlar qazanmaq üçün əlavə imkanlar yaradır.
- Komanda işi: “Spelling Bees” oyununa hazırlaşmaqdan şahmat oynamağa qədər, şagirdlərə ümumi məqsədə çatmaq üçün qruplarda necə işləməyi öyrənməyə kömək edən çox sayda fəaliyyət növü vardır.
- Maraqları araşdırmaq: Oxumaq, yazmaq və hesabdan başqa həyatda öyrənməyə çox şey var. Dərsdənkənar fəaliyyətlər şagirdlərə ətraf aləmi daha çox araşdırmağa və maraqlarını kəşf etməyə imkan verir.
- Fiziki sağlamlıq: İdman, rəqs və başqa dərsdənkənar fiziki fəaliyyət növlərində iştirak (məktəb komandası, klub və ya məktəbdaxili yarışlar) şagirdlərə aktiv həyat sürmək və sağlam çəkini qorumaq imkanı verir.
- Dəyişən aləmdə çevik düşüncə qabiliyyəti: şərtlərin dəyişməsi ilə bir insanın necə davranması,problem və vəzifələrin yeni və yaradıcı yollarla çözülməsi deməkdir.
- Valideynlərin iş məhsuldarlığı: İş gününün müddəti dərs günündən uzun olur. Övladına dərsdənkənar fəaliyyətdə müəlimllər tərəfindən nəzarət olunduğundan əmin olan valideynlərin öz iş yerlərində məhsuldar olma ehtimalları da yüksək olur. Bu məqamı nəzərə alaraq bizim dərsdən sonra proqramımız saat 17:15-ə qədər davam edir.
- Təfəkkürün inkişafı və karyera imkanları: Yeni bir dildə danışmaq, hər hansı bir musiqi alətində çalmaq və ya Van Qoq üslubunda rəsm çəkməyi öyrənmək beynin müsbət inkişafına təsir edir. Bu həm də şagirdlərə yaradıcı bacarıq tələb edən gələcək karyeralar üçün də qapı aça bilər.
- Universitetlərə qəbul şansı: Dünyanın ən yaxşı universitetlərinə qəbul olunmaq getdikcə daha rəqabətlidir. Komandada işləmək və liderlik bacarıqlarına malik olan, ictimaiyyətə xidmət edən, idman və yaradıcı istedadlara malik olan namizədlər universitetlərə ərizələrini təqdim edərkən fərqli bir üstünlüyə malik olurlar.