Beynəlxalq bölmənin ibtidai siniflərdə 5-11 yaşlı uşaqlara yüksək keyfiyyətli beynəlxalq təhsil verilir. Tədris bütünlüklə ingilis dilində aparılır. Azərbaycanlı şagirdlər üçün ana dili və Azərbaycan tarixi üzrə biliklər intensiv səviyyədə, əcnəbi şagirdlər üçün isə alternativ şəkildə verilir.

Dərslər ingilisdilli ölkələrin aparıcı məktəblərində tədris olunan müxtəlif fənlər üzrə aparılır (baxın: Tədris proqramına daxil olan fənlər və bizim təlim mühitimiz)

Beynəlxalq bölmənin ibtidai siniflərindəki şagirdlər gələcəkdə orta təhsil pillələrini istər kompleksimizdə, istərsə də digər məktəblərdə davam etdirməyə imkan verən mükəmməl təhsil alırlar.

Sinifdə tətbiq edilən əsas və digər dillər

Dərslərdə tətbiq edilən əsas təlim dili ingilis dilidir. Beynəlxalq bölmənin ibtidai sinif şagirdləri nikbin şəkildə bu dildə danışmağa təşviq olunurlar və bu zaman dərslərdə ingilis dili mühiti yaradılır.

Dərslər ingilisdilli ölkələrin oxşar özəl məktəblərində tədris olunduğu kimi 12 əsas fənn üzrə aparılır (baxın: Tədris proqramına daxil olan fənlər və bizim təlim mühitimiz).

Şagirdlərimiz ingilis dilində doğma və ya əlavə dil kimi danışan həm yerli, həm də xarici məktəblilərdən ibarətdir. İngilis dilinin istifadəsi hər zaman şagirdlərin yaşları nəzərə alınmaqla həssas və rahat şəkildə aparılır. “Bəs bu ingilis dilində necə səslənərdi?” və ya “Dostun rus dilində danışa bilmədiyi üçün sən bunu ona ingilis dilində izah edə bilərsən?” kimi cümlələrdən istifadə edən müəllim gözəl təlim mühiti yaradır. Müəllimlərimiz şagirdlərə dərs prosesində başqa dildə danışdıqları zaman ingilis dilinin istifadəsinə dair tələbləri aydın şəkildə izah edirlər.

Azərbaycan, rus, ingilis dillərini bilən müəllim assistentləri şagirdləri bu dildə danışmağa ruhlandırırlar. Məsələn: dərsə aid açar sözləri tərcümə etməklə və ya şagirdlərin istifadə edə biləcəyi ikidilli resurs tərtib etməklə müəllim onlara dəstək olur.

İngilis dilini ikinci dil kimi öyrənən şagirdlər üçün tanışlıq proqramı

Biz ingilis dilini ikinci dil kimi öyrənən şagirdlər üçün “ingilis dili əlavə bir dil kimi” adlı tanışlıq proqramı təqdim edirik. İlk növbədə bu tanışlıq proqramı şagirdləri öz həmyaşıdları ilə daha praktik, dilə az istiqamətlənmiş dərslərdə (riyaziyyat, təsviri incəsənət, fiziki tərbiyə, musiqi) ünsiyyət qurmağa cəlb edir. İngilis dili, təbiət elmləri və qlobal inkişaf dərslərində isə istifadə olunan terminlərə uyğun xüsusi təlimat alırlar.

Bir qayda olaraq, bizim məqsədimiz məktəbə qəbul olunduğu gündən etibarən 1,5-2 il müddətində minimal ingilis dil biliyi ilə başlayan şagirdlərimizi beynəlxalq tədris proqramının yaş səviyyəsinə uyğun olaraq müvafiq dərəcəyə çatdırmaqdır.

Yuxarıda qeyd olunanlar ailə-məktəb əməkdaşlığının səmərəsindən, eləcə də övladı ibtidai sinifdə təhsil alan valideynlərin bu tələblərin əhəmiyyətini dərk etməsindən asılıdır. Əgər siz uşağınızın beynəlxalq bölmənin ibtidai sinfində təhsil almasını istəyirsinizsə, aşağıdakı şərtlərə əməl etməlisiniz:

  • Övladınız ciddi şəkildə xəstə deyilsə, mütləq məktəbə gəlməlidir (dərs günlərinin minimum 95%).
  • Övladınızın irəliləyişi ilə yaxından tanış olmaq məqsədilə əvvəlcədən xəbərdarlıq etmək şərtilə (3-5 gün əvvəl) müəllimlərlə görüşə bilərsiniz.
  • Əgər məktəbə qəbul zamanı və ya daha sonra ehtiyac olarsa, övladınızın ingilis dili səviyyəsini artırmaq üçün əlavə müəllim tutmalısınız.

Dərs günü kifayət qədər uzun olduğu üçün, xüsusilə də şagirdlər 15:30-dan 17:00-a qədər sinifdənxaric məşğələlərdə olduğundan, biz onların dərslə və ya əlavə ev tapşırıqları ilə yüklənməyini məsləhət görmürük. Yay tətili uzun müddətli olduğu üçün şagirdlərin ingilis dilini unutmamaq məqsədilə həmin dövrdə əlavə dərslərlə məşğul olmaları daha məqsədəuyğundur. Bu yolla əldə olunmuş bilikləri daha da möhkəmləndirmək mümkündür.

Övladının beynəlxalq bölmənin ibtidai sinfində təhsil almasını arzulayan valideynlər onu da bilməlidir ki, Azərbaycan və rus bölmələrinin ibtidai siniflərində həftədə 8 saat ingilis dili dərsləri keçirilir. Gələcək planlarınızdan asılı olaraq bu bölmələr də sizin üçün əla seçim ola bilər. Azərbaycan və ya rus bölməsinə qəbul olan şagirdlər (5-7 yaş) daha sonra beynəlxalq bölmənin 4-cü sinfinə (8-9 yaş) keçə bilərlər.

Siniflərdə şagird və müəllimlərin sayı

Beynəlxalq bölmənin ibtidai siniflərində maksimum 18 şagird var. Hər sinif bir müəllim və assistent tərəfindən idarə olunur (hər yaş qrupu üzrə dəqiq məlumatla tanış olmaq üçün aşağı baxın).

Əksər hallarda şagirdlərin ingilis dilini bilmə səviyyəsindən və onların ümumi bacarıqlarından asılı olaraq onlar daha yüksək dəstəklə təmin olunurlar.

Beynəlxalq bölmənin ibtidai siniflərində şagird və müəllimləri sayı:

  • 1-ci sinif (5-6 yaş)- şagird sayı maksimum 18 nəfər, bütün dərslərdə iştirak edən 1 müəllim, 1 assistent müəllim
  • 2-ci sinif (6-7 yaş)- şagird sayı maksimum 18 nəfər, bütün dərslərdə iştirak edən 1 müəllim, 1 assistent müəllim
  • 3-cü sinif (7-8 yaş)- şagird sayı maksimum 18 nəfər, bütün dərslərdə iştirak edən 1 müəllim, 1 assistent müəllim
  • 4-cü sinif (8-9 yaş)- şagird sayı maksimum 18 nəfər, bütün dərslərdə iştirak edən 1 müəllim, 1 assistent müəllim
  • 5-ci sinif (9-10 yaş)- şagird sayı maksimum 18 nəfər, bütün dərslərdə iştirak edən 1 müəllim, 1 assistent müəllim
  • 6-cı sinif (10-11yaş)- şagird sayı maksimum 18 nəfər, bütün dərslərdə iştirak edən 1 müəllim, 1 assistent müəllim

Yuxarıda göstərilənlər 2018- 2019-cu tədris ilində beynəlxalq bölmənin ibtidai sinifləri üçün təqdim olunur.

Beynəlxalq bölmənin ibtidai siniflərində bəzi fənlər istisna olmaqla, əksər dərslər xüsusi sinif müəllimi tərəfindən tədris olunur. Bu barədə daha ətraflı aşağıdakı Tədris proqramına daxil olan fənlər və bizim təlim mühitimiz bölməsindən məlumat ala bilərsiniz.

Tədris proqramına daxil olan fənlər və bizim təlim mühitimiz

Beynəlxaq bölmənin ibtidai siniflərində aşağıdakı fənlər tədris olunur:

  • İngilis dili
  • Riyaziyyat
  • Təbiət elmləri
  • İKT/Kompüter bilikəri
  • Qlobal inkişaf
  • Azərbaycan dili
  • Azərbaycan tarixi
  • Fərdi sosial və tibbi maariflənmə
  • Təsviri incəsənət
  • Musiqi
  • Fiziki tərbiyə
  • Müasir xarici dillər (9-11 yaşlı uşaqlar üçün seçim yolu ilə)

Beynəlxalq bölmənin ibtidai siniflərində ingilis dili, təbiət elmləri və qlobal inkişaf fənlərinin tədrisi və qiymətləndirilməsi zamanı Kembric ibtidai tədris proqramı tətbiq olunur. Digər fənlərin tədrisi zamanı isə Azərbaycan və başqa beynəlxalq tədris proqramlarından istifadə olunur.

Biz öz fəaliyyətimizdə müxtəlif beynəlxalq və Azərbaycan təhsil proqramlarını birləşdirmişik. Bununla yanaşı ayrı-ayrı fənlər üzrə sınaqdan keçirilmiş, uğurlu və müasir təlim metodlarının istifadəsi də tədrisin keyfiyyətinin və şagird nailiyyətinin yüksək olmasına tam zəmanət verir.

Beynəlxalq bölmənin ibtidai siniflərində tədris birgə öyrənmə, taktil, kinestetik üsulları, eləcə də müasir texnologiyalardan tədris prosesində istifadə imkanını, ənənəvi və müasir tədris metodlarını özündə əks etdirir.

Təhsil sahəsində aparılan tədqiqatlara əsasən, uşaqlarda passiv dinləmə və fikri cəmləmə bacarığının müddətini onların yaşının üzərinə 2 dəqiqə əlavə etməklə müəyyən etmək olar (məsələn: 8 yaşlı uşaq 10 dəqiqə ərzində effektiv şəkildə dinləyə bilər). Beləliklə, müəllim 10 dəqiqə ərzində yeni mövzunu izah etdikdən sonra şagirdlərin nailiyyətini artırmaq üçün onları fərdi, cütlərlə, qrup və ya layihə işinə cəlb edir.

Bu yanaşma isə XXI əsrin tələblərinə cavab verən ünsiyyətqurma, əməkdaşlıq, yaradıcılıq bacarıqlarını inkişaf etdirməklə yanaşı, eyni zamanda yüksək savadlılıq (oxu və yazı), riyazi və sosial bacarıqların əldə olunmasını təmin edir. Bu bacarıqlar sürətlə irəliləyən, qloballaşan dünyada şəxsi və peşəkar sahədə müvəffəqiyyətin əldə edilməsi üçün vacibdir. Şagirdlərə kompüter və digər texniki vasitələrdən istifadə etmə, hər hansı bir məsələdə qərarvermə imkanı verilməsi tədris proqramımızın və sinifdənxaric fəaliyyət planımızın əsas prinsipidir.

Şagird müvəffəqiyyətinin qiymətləndirilməsi və imtahanlar

Beynəlxalq bölmənin ibtidai siniflərində təhsil alan şagirdlər həm summativ qiymətləndirmə vasitəsilə, həm də gündəlik dərs prosesində müəllim tərəfindən qiymətləndirilir. Hər üç ayın sonunda şagirdlər (dekabr, mart və may aylarında) əsas fənlər olan ingilis dili, riyaziyyat və təbiət elmləri üzrə Kembric tədris sisteminə uyğun proqres testləri yerinə yetirir. 6-cı sinif şagirdləri isə ibtidai təhsilin tamamlandığını özündə əks etdirən Kembric ibtidai təhsil proqramına uyğun olaraq yoxlama imtahanları verir.

İllik və semestr yoxlama imtahanları ilə yanaşı, məktəblilərin inkişafını müəyyən etmək və müəllimlərin təlim nəticələrinin səmərəliliyini təmin etmək məqsədilə şagirdlərimiz hər bölmənin sonunda (həftəlik və ya aylıq) mütəmadi olaraq qiymətləndirilir.

İmtahanlar və digər qiymətləndirmə formaları şagirdlərimizin təhsilində olan boşluqları müəyyən etmək və aradan qaldırmaq, onların “zehni inkişafına” təkan vermək məqsədilə uşaqların yaş səviyyəsinə uyğun, nikbin şəkildə aparılır.

Beynəlxalq bölmənin ibtidai siniflərində bəzi fənlər istisna olmaqla əksər dərslər xüsusi sinif müəllimi tərəfindən tədris olunur. Hər bir sinif müəllimi şagirdlərin şəxsi inkişafına və təlim nəticəsinə məsuliyyət daşıyan aparıcı şəxsdir.

10-11 yaşlı uşaqlar kimya laboratoriyasında

6-7 yaşlı şagirdlər marker və kublardan istifadə edərək qrupla ölçmə işi apararkən

7-8 yaşlı şagirdlər IPAD vasitəsilə məlumat toplayarkən

Yemək vaxtları

Dərs gününün əvvəlində şagirdlərə səhər yeməyi, günorta vaxtı nahar, günortadan sonra isə qəlyanaltı verilir.