Sinifdə tətbiq edilən əsas və digər dillər

Dərslərdə tətbiq edilən əsas təlim dili rus dilidir. Rus bölməsinin ibtidai sinif şagirdləri nikbin şəkildə bu dildə danışmağa sövq edilirlər və bu zaman sinifdə rus dili mühiti yaradılır.

Rus bölməsinə qəbul olunan ibtidai sinif şagirdləri minimal bilik səviyyəsinə malik olmalıdırlar.

Rus dilində danışa bilən, lakin tədris proqramının tələblərinə cavab verməyən şagirdlər (xüsusən birinci və ikinci sinif şagirdləri) əlavə dəstəklə təmin olunurlar.

Rus bölməsinin ibtidai siniflərində hər gün bir saat “ingilis dili əlavə dil kimi”, həftədə üç dəfə isə “qlobal inkişaf” fənləri tədris olunur. Bu fənlər ingilis dilində aparılır.

Rus bölməsininin şagirdlərinə Azərbaycan dili icbari şəkildə tədris olunur. Rus bölməsinin ibtidai siniflərində tədris edilən müasir xarici dillərin (MFL) seçimi ilə daha ətraflı Tədris proqramına daxil olan fənlər və bizim təlim mühitimiz bölməsində tanış ola bilərsiniz.

Siniflərdə şagird və müəllimlərin sayı

1-ci sinif (6-7 yaş)- şagird sayı maksimum 18 nəfər, bütün dərslərdə iştirak edən 1 müəllim, 1 assistent müəllim

2-ci sinif (7-8 yaş)- şagird sayı maksimum 18 nəfər, bütün dərslərdə iştirak edən 1 müəllim, 1 assistent müəllim

3-cü sinif (8-9 yaş)- şagird sayı maksimum 18 nəfər, bütün dərslərdə iştirak edən 1 müəllim, 1 assistent müəllim

4-cü sinif (9-10 yaş)- şagird sayı maksimum 18 nəfər, bütün dərslərdə iştirak edən 1 müəllim, 1 assistent müəllim

Yuxarıda göstərilənlər 2018- 2019-cu tədris ilində rus bölməsinin ibtidai sinifləri üçün təqdim olunur.

Rus bölməsinin ibtidai siniflərində bəzi fənlər istisna olmaqla, əksər dərslər xüsusi sinif müəllimi tərəfindən tədris edilir. Hər bir sinif müəllimi şagirdlərin şəxsi inkişafına və təlim nəticəsinə məsuliyyət daşıyan aparıcı şəxsdir.

Tədris proqramına daxil olan fənlər və bizim təlim mühitimiz

Rus bölməsinin ibtidai siniflərində aşağıdakı fənlər tədris olunur:

  • Rus dili
  • Riyaziyyat
  • Həyat bilgisi
  • İKT/Kompüter bilikləri
  • Texnologiya
  • Təsviri incəsənət
  • Musiqi
  • Azərbaycan dili
  • İngilis dili əlavə dil kimi (ingilis dilində tədris olunur)
  • Qlobal inkişaf (ingilis dilində tədris olunur)
  • Fiziki tərbiyə
  • Müasir xarici dillər

Rus bölməsinin ibtidai siniflərində əsas tədris proqramı kimi milli tədris proqramı (kurikulum) tətbiq olunur. Biz bu proqramı digər tanınmış beynəlxalq proqramların elementlərini daxil etməklə tamamlayırıq.

Rus bölməsinin ibtidai siniflərində tədris birgə öyrənmə, taktil, kinestetik təlimi, eləcə də müasir texnologiyalardan tədris prosesində istifadə imkanını, ənənəvi və müasir tədris metodlarını özündə ehtiva edir.

Təhsil sahəsində aparılan tədqiqatlara əsasən, uşaqlarda passiv dinləmə və fikri cəmləmə bacarığının müddətini onların yaşının üzərinə 2 dəqiqə əlavə etməklə müəyyən etmək olar (məsələn: 8 yaşlı uşaq 10 dəqiqə ərzində effektiv şəkildə dinləyə bilər). Beləliklə, müəllim 10 dəqiqə ərzində yeni mövzunu izah etdikdən sonra şagirdlərin nailiyyətini artırmaq üçün onları fərdi, cütlərlə, qrup və ya layihə işinə cəlb edir.

Bu yanaşma isə XXI əsrin tələblərinə cavab verən ünsiyyətqurma, əməkdaşlıq, yaradıcılıq bacarıqlarını inkişaf etdirməklə yanaşı, eyni zamanda yüksək savadlılıq (oxu və yazı), riyazi və sosial bacarıqların əldə olunmasını təmin edir. Bu bacarıqlar sürətlə irəliləyən, qloballaşan dünyada şəxsi və peşəkar müvəffəqiyyət əldə etmək üçün vacibdir. Şagirdlərə kompüter və digər texniki vasitələrdən istifadə etmə, hər hansı bir məsələdə qərarvermə imkanı verilməsi tədris proqramımızın və sinifdənxaric fəaliyyət planımızın əsas prinsipidir.

Rus bölməsinin ibtidai siniflərində bəzi fənlər istisna olmaqla, əksər dərslər xüsusi sinif müəllimi tərəfindən tədris edilir. Hər bir sinif müəllimi şagirdlərin şəxsi inkişafına və təlim nəticəsinə məsuliyyət daşıyan aparıcı şəxsdir.

10-11 yaşlı uşaqlar kimya laboratoriyasında

6-7 yaşlı şagirdlər marker və kublardan istifadə edərək qrupla ölçmə işi apararkən

7-8 yaşlı şagirdlər IPAD vasitəsilə məlumat toplayarkən

Şagird müvəffəqiyyətinin qiymətləndirilməsi və imtahanlar

Rus bölməsinin ibtidai siniflərində Azərbaycan Respublikasının təhsil proqramı əsasında tədris olunan icbari fənlərə uyğun olaraq ildə iki dəfə summativ qiymətləndirmə keçirilir.

Hər semestrin sonunda keçirilən summativ qiymətləndirmə ilə yanaşı, şagirdlərin inkişafını müəyyən etmək və müəllimlərin təlim nəticələrinin səmərəliliyini təmin etmək məqsədilə şagirdlərimiz hər bölmənin sonunda (həftəlik və ya aylıq) mütəmadi olaraq qiymətləndirilirlər.

İmtahanlar və digər qiymətləndirmə formaları şagirdlərimizin təhsilində olan boşluqları müəyyən etmək və aradan qaldırmaq və “zehni inkişafına” təkan vermək məqsədilə uşaqların yaş səviyyəsinə uyğun, nikbin şəkildə aparılır. Biz həmçinin şagirdlərimizin gələcək təhsillərində uğur qazanmalarını dəstəkləmək məqsədilə onlara lazım olan imtahan bacarıqlarını da inkişaf etdiririk.

Yemək vaxtları

Dərs gününün əvvəlində şagirdlərə səhər yeməyi, günorta vaxtı nahar, günortadan sonra isə qəlyanaltı verilir.