Sinifdə tətbiq edilən əsas və digər dillər

Dərslərdə tətbiq edilən əsas təlim dili Azərbaycan dilidir. Azərbaycan bölməsinin orta təhsil pilləsinin şagirdləri nikbin şəkildə bu dildə danışmağa sövq edilirlər, bununla da sinifdə Azərbaycan dili mühiti yaradılır.

Azərbaycan bölməsinin orta təhsil pilləsində təhsil almaq istəyən şagirdlər dilimizdə düzgün oxu, yazı, danışma və dinləmə bacarıqlarına sahib olmalıdırlar. Müxtəlif akademik biliklərə ehtiyacı olan (məsələn, ədəbiyyat, coğrafiya və ya riyaziyyat fənlərindən çətinlik çəkən) şagirdlər əlavə dəstəklə təmin olunsalar da, onlara xüsusi dil dəstəyi göstərilmir. Azərbaycan bölməsinin orta təhsil pilləsinə qəbul olan şagirdlərə bu yanaşma onları 9 və 11-ci siniflərin sonunda keçirilən buraxılış imtahanlarında müvəffəqiyyət əldə etmələrinə zəmin yaradır.

Şagirdlərə hər gün bir saat “ingilis dili əlavə bir dil kimi” və həftədə üç dəfə isə “qlobal inkişaf” dərsləri olmaqla həftədə səkkiz dəfə ingilis dili tədris olunur. Bu fənlərin tədrisi ingilis dilində aparılır. (bax: Tədris proqramına daxil olan fənlər və bizim təlim mühitimiz bölməsində tanış ola bilərsiniz.)

Azərbaycan bölməsində təhsil alan şagirdlərə rus dili müasir xarici dillərdən (MFL) biri olaraq seçim əsasında tədris olunur. Müasir xarici dillərin seçimi ilə daha ətraflı Tədris proqramına daxil olan fənlər və bizim təlim mühitimiz bölməsində tanış ola bilərsiniz.

Siniflərdə şagird və müəllimlərin sayı

5-ci sinif (10-11 yaş)- şagird sayı maksimum 18 nəfər, bütün dərslərdə iştirak edən 1 müəllim, 1 assistent müəllim

6-cı sinif (11-12 yaş)- şagird sayı maksimum 18 nəfər, bütün dərslərdə iştirak edən 1 müəllim, 1 assistent müəllim

7-ci sinif (12-13 yaş)- şagird sayı maksimum 18 nəfər, bütün dərslərdə iştirak edən 1 müəllim, 1 assistent müəllim

8-ci sinif (13-14 yaş)- şagird sayı maksimum 18 nəfər, bütün dərslərdə iştirak edən 1 müəllim, 1 assistent müəllim

9-cu sinif (14-15 yaş)- şagird sayı maksimum 18 nəfər, bütün dərslərdə iştirak edən 1 müəllim, 1 assistent müəllim

10-cu sinif (15-16 yaş)- şagird sayı maksimum 18 nəfər, bütün dərslərdə iştirak edən 1 müəllim, 1 assistent müəllim

11-ci sinif (16-17 yaş)- şagird sayı maksimum 18 nəfər, bütün dərslərdə iştirak edən 1 müəllim, 1 assistent müəllim

Yuxarıda göstərilənlər 2018-2019-cu tədris ilində Azərbaycan bölməsinin orta təhsil pilləsi üçün təqdim olunur.

Tədris proqramına daxil olan fənlər və bizim təlim mühitimiz

Azərbaycan bölməsinin orta təhsil pilləsində aşağıdakı fənlər tədris olunur:

  • Azərbaycan dili və ədəbiyyat
  • Riyaziyyat
  • Həyat bilgisi
  • Biologiya
  • Kimya
  • Fizika
  • İKT, kompüter və media bilikləri
  • İngilis dili əlavə bir dil kimi (ingilis dilində tədris olunur)
  • Tarix
  • Coğrafiya
  • Qlobal inkişaf (ingilis dilində tədris olunur)
  • Biznes və iqtisadiyyat
  • Texnologiya
  • Təsviri incəsənət
  • Musiqi
  • Fiziki tərbiyə
  • Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat (STEM-ingilis dilində tədris olunur)
  • Müasir xarici dillər
  • İbtidai hərbi hazırlıq

Azərbaycan bölməsinin orta təhsil pilləsində əsas tədris proqramı kimi milli tədris proqramı (kurikulum) tətbiq olunur. Biz bu proqrama digər tanınmış beynəlxalq proqramların elementlərini daxil etməklə onu tamamlayırıq.

Azərbaycan bölməsinin orta təhsil pilləsində təlim birgə öyrənmə, taktil, kinestetik təlim, eləcə də müasir texnologiyalardan tədris prosesində istifadə imkanını, ənənəvi və müasir tədris metodlarını özündə ehtiva edir. Bu yanaşma isə XXI əsrin tələblərinə cavab verən ünsiyyətqurma, əməkdaşlıq, yaradıcılıq bacarıqlarını inkişaf etdirməklə yanaşı, eyni zamanda yüksək savadlılıq (oxu və yazı), riyazi və sosial bacarıqların əldə olunmasını təmin edir. Bu bacarıqlar sürətlə irəliləyən, qloballaşan dünyada şəxsi və peşəkar həyatda müvəffəqiyyət əldə etmək üçün vacibdir. Şagirdlərə kompüter və digər texniki vasitələrdən istifadə etmə, hər hansı bir məsələdə qərarvermə imkanı verilməsi tədris proqramımızın və sinifdənxaric fəaliyyət planımızın əsas prinsipidir.

Şagird müvəffəqiyyətinin qiymətləndirilməsi və imtahanlar

Azərbaycan bölməsinin orta təhsil pilləsində Azərbaycan Respublikasının təhsil proqramına əsasən tədris edilən icbari fənlərə uyğun olaraq ildə iki dəfə summativ qiymətləndirmə keçirilir.

Hər semestrin sonunda keçirilən summativ qiymətləndirmə ilə yanaşı, şagirdlərin inkişafını müəyyən etmək və müəllimlərin təlim nəticələrinin səmərəliliyini təmin etmək məqsədilə (həftəlik və ya aylıq) mütəmadi olaraq şagirdlərimiz diaqnostik testlər vasitəsilə qiymətləndirilir. Bu qiymətləndirmə şagirdlərin bütün fənlər üzrə olan bilik, bacarıq və anlama səviyyələrini, eyni zamanda 9 və 11-ci siniflərdə keçirilən buraxılış imtahanına olan hazırlıq səviyyələrini müəyyən edir. Bizim tətbiq etdiyimiz qiymətləndirmə vasitələrinin müxtəlifliyi Azərbaycan və beynəlxalq tədris məqsədlərinə uyğun olaraq şagirdlərin inkişafını dəyərləndirməyə köməklik göstərir.

9-cu sinfin sonunda şagirdlər ümumi orta təhsil səviyyəsini əhatə edən buraxılış imtahanı verirlər.

11-ci sinfin sonunda şagirdlər tam orta təhsil səviyyəsini əhatə edən buraxılış imtahanı verirlər.

İmtahanlar və digər qiymətləndirmə formaları şagirdlərimizin təhsilində olan boşluqları müəyyən etmək və aradan qaldırmaq, onların“zehni inkişafına” təkan vermək məqsədilə uşaqların yaş səviyyəsinə uyğun, nikbin şəkildə aparılır. Biz həmçinin şagirdlərimizin gələcək təhsillərində uğur qazanmalarını dəstəkləmək məqsədilə onlara lazım olan imtahan bacarıqlarını da inkişaf etdiririk.

Yemək vaxtları

Dərs gününün əvvəlində şagirdlərə səhər yeməyi, günorta vaxtı nahar, günortadan sonra isə qəlyanaltı verilir.