21-22 aprel tarixlərində Türkiyənin Antalya şəhərində dünyanın ən böyük robot festivalı olan Robotex İnternational Çempionatının Antalya turu keçirilmişdir. 

Gənclərin elm və texnologiya, robotexnika, süni intellekt və avtomatlaşdırma sahələrində istedadlarını üzə çıxaran, potensiallarını ən yüksək səviyyədə istifadə etmək imkanı yaradan bu beynəlxalq müsabiqədə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdlərindən ibarət komandalar uğurlu nəticələr göstərərək yüksək nailiyyətlər əldə etmişlər.

Belə ki, 18 kateqoriya ilə 400 komandanın iştirakı ilə baş tutan, texnologiyanın həyəcanı və rəqabət alovu ilə dolu bu yarışmaya Heydər Əliyev adına Müasir Təhsil Kompleksi 5 komanda ilə qatılmışdır. Komandaların 4-ü Robolig kateqoriyasında “Tıxacsız şəhər” layihəsi üzrə lego və müxtəlif avadanlıqlardan, Boson texnologiyasından istifadə edərək kiçik şəhər modeli inşa edərək 1-ci və 2-ci yerlərə layiq görülmüş, 1 komanda isə Cargo Drone kateqoriyası üzrə yarışaraq birincilik zirvəsinə yüksəlmişdir. Komandaların nəticələrini təqdim edirik:

"SkyScout" komandası Cargo Drone kateqoriyası üzrə I yer;

"UrbanShifters" komandası Robolig kateqoriyası üzrə "BakuTransit: Designing a Traffic - Free City" layihəsi ilə I yer;

"CityBuilders" komandası Robolig kateqoriyası üzrə "Best story
Futurictic City-Free car" layihəsi ilə I yer; 

"TrafficFixers" komandası Robolig kateqoriyası üzrə "Public Transit Pathways: Building Safer City" II yer; 

"AquaEngineers" komandası Robolig kateqoriyası üzrə "RiverLink: A Car-Free Connection" layihəsi ilə II yer qazanmışdır.

Qeyd edək ki, Robotex festivalının Azərbaycanda keçirilən milli seçim turu bir-birindən maraqlı layihələr, dronlar və robotlar arası həyəcanlı qarşıdurmalarla yadda qalmışdı. 2-3 mart tarixində ölkəmizdə keçirilən milli seçim turunda Kompleksin şagirdlərindən ibarət 9 komandanın hər biri yüksək nailiyyətlər əldə edərək Türkiyəyə vəsiqə qazanmışdılar. 

Çempionatda fərqlənən bütün komandalar dünya çempionatına vəsiqə qazanaraq İtaliyanın füsunkar şəhəri Romada keçiriləcək növbəti turda ölkələrini təmsil edəcəklər. 

 

mtk

muasirtehsilkompleksi

mtkazerbaycan

mtkbaku

müasirtəhsilkompleksi

hedərəliyevadınamüasirtəhsilkompleksi

modern

education

school

kindergarten

preschool

primary

secondary

highschool

bilingual

cambridge

IB

детскийсад

начальнаяшкола

русскийсектор

internationalstream

bakimoderntehsilkompleksi

bakımoderntəhsilkompleksi

частныешколыбаку

mtkschoolbaku

muasir

özəlməktəblər

schoolsinbaku

tehsilkompleksi

bestschoolsinbaku

лучшиешколывБаку

STEAM

internationalschool

privateschool

детскийсадик

детскийсадрядом

сайтыдетскихсадов

современныедетскиесады

хорошийдетскийсад

oxfordschool

oksfordschool

cambridgeschool

дошкольный

bagca

ibtidaimekteb

ortamekteb

bilinqualtehsil

школа

montessori

britishschool

middleschool

elementaryschool

mekteb