Type : Local vacancies

Category : Other vacancies at MTK International School

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində kitabxanaçı vəzifəsinə müraciət etmək üçün ali təhsili olan namizədləri dəvət edirik. Biz yerli və xarici həmkarlar ilə beynəlxalq mühitdə işləmək istəyən davamlı öyrənmə və təkmilləşdirilmə üçün açıq, dinamik, enerjili və təşəbbüskar işçilər axtarırıq. Əmək haqqı ixtisas səviyyəsindən asılıdır.

NAMİZƏDƏ TƏLƏBLƏR

  • Müvafiq sahədə bakalavr və ya magistr dərəcəsi;
  • Şifahi ünsiyyət bacarığı;
  • Kitabxananın idarəedilməsində təcrübə və müəyyən biliklər;
  • Elektron kitabxana ilə işləmək üçün bilik və bacarıqlar;
  • Müvafiq kompyüter bilikləri (MS Word, MS Excel, MS Power Point və s.); 
  • Tələb olunan sahə üzrə ən azı 3-5 il iş təcrübəsi; 
  • Azərbaycan  dilini mükəmməl bilmək, rus və ingilis dillərini bilmək arzuolunandır;
  • Kollektivdə bir komanda olaraq işləmək bacarığı.

ÖHDƏLİKLƏR

  • İstifadəçiləri kitabxananın müxtəlif resursları ilə tanış etmək;
  • Kitabxanaya daxil olan informasiya resurslarının qeydiyyatını aparmaq;
  • Müəllim və şagird heyətinə elektron biblioqrafik məlumat bazasında axtarışlarda kömək etmək;
  • Kitabxana tədbirlərində fəal iştirak etmək;
  • Kitabxana işi ilə bağlı gündəlik işləri yerinə yetirmək.

Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Qəbul prosesi müvafiq prosedura uyğun keçiriləcəkdir.

Kompleks yüksək səviyyəli işə qəbul üçün rəqabət qabiliyyəti və cəlbedici şərait təklif edir. Müsahibədən uğurla keçən namizədlər 1 sentyabr 2018-ci tarixindən öz vəzifələrinin icrasına başlayacaqlar.

To apply for this position please send a comprehensive CV, recent photo and covering email, explaining your suitability for the role, addressed to hr@mtk.edu.az