Type : Local vacancies

Category : Other vacancies at MTK International School

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində nəşr işləri üzrə mütəxəssis vəzifəsinə müraciət etmək üçün ali təhsili olan namizədləri dəvət edirik. Biz yerli və xarici həmkarlar ilə beynəlxalq mühitdə işləmək istəyən davamlı öyrənmə və təkmilləşdirilmə üçün açıq, dinamik, enerjili və təşəbbüskar işçilər axtarırıq. Əmək haqqı ixtisas səviyyəsindən asılıdır.

NAMİZƏDƏ TƏLƏBLƏR

  • Bakalavr və ya magistr dərəcəsi;
  • Yüksək kompyüter bilikləri (MS Word, MS Excel, MS Power Point və s.); 
  • Tələb olunan sahə üzrə ən azı 3-5 il iş təcrübəsi; 
  • Azərbaycan dilini mükəmməl bilmək, rus və ingilis dillərini bilmək arzuolunandır;
  • Kollektivdə bir komanda olaraq işləmək bacarığı.

ÖHDƏLİKLƏR

  • Zəruri olan və dərc edilən materialların formalaşdırılması, texniki səhvlərin aradan qaldırılması və lazımi qaydada redaktə edilməsi;
  • Şagirdlər üçün nəşr edilən jurnalların mövzularının formalaşdırılması;
  • Vahid stil və əhəngə tabe olan müəyyən obyektin ümumi və ya hansısa hissəsinin tərtibatının formalaşdılması.

Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Qəbul prosesi müvafiq prosedura uyğun keçiriləcəkdir.

Kompleks yüksək səviyyəli işə qəbul üçün rəqabət qabiliyyəti və cəlbedici şərait təklif edir.

Müsahibədən uğurla keçən namizədlər 1 sentyabr 2018-ci tarixindən öz vəzifələrinin icrasına başlayacaqlar.

To apply for this position please send a comprehensive CV, recent photo and covering email, explaining your suitability for the role, addressed to hr@mtk.edu.az