Type : Local vacancies

Category : Other vacancies at MTK International School

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində informasiya-kommunikasiya texnologiyaları  üzrə mütəxəssis  vəzifəsinə müraciət etmək üçün tələb olunan sahədə  ali təhsili olan namizədləri dəvət edirik. Biz yerli və xarici həmkarları ilə beynəlxalq mühitdə işləmək istəyən davamlı öyrənmə və təkmilləşdirilməsi üçün açıq, dinamik, enerjili və təşəbbüskar mütəxəssislər axtarırıq. Əmək haqqı ixtisas səviyyəsindən asılıdır.

NAMİZƏDƏ TƏLƏBLƏR:

  • İnformatika və hesablama texnikası, tətbqi riyaziyyat  üzrə bakalavr və ya magistr dərəcəsi; 
  • Tələb olunan sahə üzrə ən azı 3-5 il iş təcrübəsi; 
  • Azərbaycan dilində mükəmməl yazmaq və danışmaq bacarığı, rus və ingilis dillərini bilmək arzuolunandır;
  • Sistemli təfəkkür, analitik qabiliyyət, müxtəlif həcmli məlumatları strukturlaşdırmaq və təhlil etmək bacarığı.

ÖHDƏLİKLƏR:

  • Kompyuter və şəbəkələrin idarə olunması;
  • Kompyuter sisteminin işləməsinin təmin edilməsi;
  • Şəbəkənin istifadəsi ilə bağlı yaranan problemlərin aradan qaldırılması;
  • İdarəetmə və tədris sahəsində müvafiq elektron bazaların və daxili proqramların yaradılması;
  • İKT sahəsində müxtəlif xidmətlərin göstərilməsi və məsləhətlərin verilməsi;
  • Kompyuterlərə proqramların yüklənməsinin həyata keçirilməsi.

Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Qəbul prosesi müvafiq prosedura uyğun keçiriləcəkdir.

Kompleks yüksək səviyyəli işə qəbul üçün rəqabət qabiliyyəti və cəlbedici şərait təklif edir.

Müsahibədən uğurla keçən namizədlər 1 sentyabr 2018-ci tarixindən öz vəzifələrinin icrasına başlayacaqlar.

To apply for this position please send a comprehensive CV, recent photo and covering email, explaining your suitability for the role, addressed to hr@mtk.edu.az