Type : Local vacancies

Category : Other vacancies at MTK International School

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində  texniki problemlər üzrə mütəxəssis  vəzifəsinə müraciət etmək üçün tələb olunan sahədə  ali təhsili olan namizədləri dəvət edirik. Biz yerli və xarici həmkarları ilə beynəlxalq mühitdə işləmək istəyən davamlı öyrənmə və təkmilləşdirilməsi üçün açıq, dinamik, enerjili və təşəbbüskar mütəxəssisləri axtarırıq. Əmək haqqı ixtisas səviyyəsindən asılıdır.

NAMİZƏDƏ TƏLƏBLƏR:

  • İnformatika və hesablama texnikası, tətbiqi riyaziyyat  üzrə bakalavr və ya magistr dərəcəsi; 
  • Tələb olunan sahə üzrə ən azı 3-5 il iş təcrübəsi; 
  • Azərbaycan və ingilis dillərində mükəmməl bilmək, rus dilini bilmək arzuolunandır;
  • Sistemli təfəkkür, analitik qabiliyyət.

ÖHDƏLİKLƏR:

  • Proqram və şəbəkələrdə yaranacaq problemlərin müəyyən olunması və aradan qaldırılması;
  • İstifadəçilərə texniki dəstəyin verilməsi; 
  • İKT avadanlıqlarının daima işlək vəziyyətdə olmasının təmin edilməsi, onların İT təhlükəsizlik standartlarına uyğun sazlanması ;
  • Sistem problemlərinin həlli və diaqnostikası;
  • Məlumatların təhlükəsizliyi və saxlanılmasının təmin edilməsi;
  • Şəbəkənin istifadəsi ilə bağlı yaranan problemlərin aradan qaldırılması.

Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Qəbul prosesi müvafiq prosedura uyğun keçiriləcəkdir.

Kompleks yüksək səviyyəli işə qəbul üçün rəqabət qabiliyyəti və cəlbedici şərait təklif edir.

Müsahibədən uğurla keçən namizədlər 1 sentyabr 2018-ci tarixindən öz vəzifələrinin icrasına başlayacaqlar.

To apply for this position please send a comprehensive CV, recent photo and covering email, explaining your suitability for the role, addressed to hr@mtk.edu.az