Type : Local vacancies

Category : Other vacancies at MTK International School

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində psixoloq vəzifəsinə müraciət etmək üçün peşəkar namizədləri  müsabiqədə iştirak etməyə dəvət edirik. Biz namizədlər sırasından daha çevik, fəal, məsuliyyətli, kollektivdə bir komanda olaraq işləmək bacarığı olanını axtarırırq. Əmək haqqı ixtisas səviyyəsindən asılıdır.

NAMİZƏDƏ TƏLƏBLƏR:

  • Psixologiya sahəsi üzrə bakalavr və ya magistr pilləsi;
  • Tələb olunan sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Azərbaycan dilində mükəmməl yazmaq və danışmaq bacarığı, rus və ingilis dillərini bilmək arzuolunandır;
  • Hər yaş qrup uşaqlarla işləmək bacarığı;

ÖHDƏLİKLƏR:

  • Müxtəlif metodikalardan istifadə edərək psixoloji diaqnostikanın həyata keçirilməsi;
  • Psixoloji maarifləndirmə işinin aparılması;
  • Qrup şəklində psixoloji təlimlərin keçirilməsi, individual və qrup şəklində konsultasiyaların aparılması;
  • Konsultasiya, pedaqoji şura və valideyn iclaslarında müəllim və valideynləri uşağın münasib psixi inkişafının əsas qanunauyğunluq və şəraitləri ilə tanış edilməsi.

Maraqlanan namizədlər (Word və ya PDF formatında):  1) sizin maraq və müvafiq vəzifəyə uyğunluq haqqında məktub (250-300 söz), 2) cari CV şəkil ilə birlikdə. Bu materiallar mövzu hissəsində vəzifənin adı qeyd olunmaqla, hr@mtk.edu.az elektron ünvanına göndərilməlidir. Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Müraciətin son tarixi: 30 iyun 2018-ci ildir. Qəbul prosesi müvafiq prosedura uyğun keçiriləcək. Kompleks yüksək səviyyəli işə qəbul üçün rəqabət qabiliyyəti və cəlbedici şərait təklif edir. Kompleks haqqında daha ətraflı məlumat üçün, https://news.day.az/politics/1005104.html linkinə müraciət edin. Bütən mərhələləri uğurla keçən namizədlər 1 sentyabr 2018-ci tarixindən öz vəzifələrinin icrasına başlayacaqlar.

To apply for this position please send a comprehensive CV, recent photo and covering email, explaining your suitability for the role, addressed to hr@mtk.edu.az