Type : Local vacancies

Category : Other vacancies at MTK International School

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tədris işləri üzrə rəhbər vəzifəsinə müraciət etmək üçün ali təhsili olan namizədləri dəvət edirik. Biz yerli və xarici həmkarlar ilə beynəlxalq mühitdə işləmək istəyən davamlı öyrənmə və təkmilləşdirilmə üçün açıq, dinamik, enerjili və təşəbbüskar işçilər axtarırıq. Əmək haqqı ixtisas səviyyəsindən asılıdır.

NAMİZƏDƏ TƏLƏBLƏR

  • Pedaqoji və ya idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi; 
  • İdarəetmə sahəsi üzrə ən azı 3 il və pedaqoji sahədə ən azı 3-5 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərini səlis bilməsi, ingilis dilinin bilməsi üstünlükdür;
  • MS Office proqramlarında (Word, Excel, Power Point və s.) işləmək bacarığı; 
  • Analitik düşünmə, stressə dözümlülük, mülayim davranma və gərgin iş şəraitində işləmə bacarığı.

ÖHDƏLİKLƏR

  • Şagirdlərin qəbulu, qeydiyyatının aparılması və müvafiq siniflərdə yerləşdirilməsi;
  • Müəllimlərin dərs yükünün bölünməsi, tədrisin aparılması, proqramların tərtibinə nəzarət edilməsi;
  • Pedaqoji heyətin dərs yükünün bölünməsi, iş saatlarının müəyyənləşdirilməsi və davamiyyətə nəzarət edilməsi;
  • Tədris proqramlarının tərtibinə nəzarət edilməsi və müasir təlim metodlarının tətbiqinin həyata keçirilməsi;
  • Tədris intizamının təmin edilməsi;
  • Məktəbin tədrisinə dair sənədləşdirmə işinin təşkili və ona nəzarət edilməsi;
  • Pedaqoji heyət, valideyn və şagirdlərlə münasibətlərin düzgün qurulmasının təşkili və ona nəzarət edilməsi;
  • Pedaqoji kollektivdə sağlam münasibətlərin təşkil olunması və ona nəzarət edilməsi;
  • Məktəbin tədrisi ilə bağlı rəhbərliyə mütəmadi olaraq məlumatın verilməsi və rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi.

Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Qəbul prosesi müvafiq prosedura uyğun keçiriləcəkdir.

Kompleks yüksək səviyyəli işə qəbul üçün rəqabət qabiliyyəti və cəlbedici şərait təklif edir.

Müsahibədən uğurla keçən namizədlər 1 sentyabr 2018-ci tarixindən öz vəzifələrinin icrasına başlayacaqlar.

To apply for this position please send a comprehensive CV, recent photo and covering email, explaining your suitability for the role, addressed to hr@mtk.edu.az