Type : Local vacancies

Category : Other vacancies at MTK International School

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tərbiyə işləri və təşkilati məsələlər üzrə rəhbər vəzifəsinə müraciət etmək üçün ali təhsili olan namizədləri dəvət edirik. Biz yerli və xarici həmkarlar ilə beynəlxalq mühitdə işləmək istəyən davamlı öyrənmə və təkmilləşdirilmə üçün açıq, dinamik, enerjili və təşəbbüskar işçilər axtarırıq. Əmək haqqı ixtisas səviyyəsindən asılıdır.

NAMİZƏDƏ TƏLƏBLƏR

  • Pedaqoji və ya idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi; 
  • İdarəetmə sahəsi üzrə ən azı 3 il və pedaqoji sahədə ən azı 3-5 il iş təcrübəsi;
  • Yüksək təşkilatçılıq bacarığı;
  • Azərbaycan və rus dillərini səlis bilməsi, ingilis dilinin bilməsi üstünlükdür;
  • MS Office proqramlarında (Word, Excel, Power Point və s.) işləmək bacarığı; 
  • Analitik düşünmə, stressə dözümlülük, mülayim davranma və gərgin iş şəraitində işləmə bacarığı.

ÖHDƏLİKLƏR

  • Pedaqoji heyət, şagird və valideynlərlə sistemli işin qurulmasının təmin edilməsi;
  • Şagird şurasının təşkili və koordinasiyasının təmin edilməsi;
  • Vaideyn iclaslarının keçirilməsinin təşkil edilməsi;
  • Tədris proqramına uyğun olaraq ekskursiyaların  və  müvafiq tədbirləni təşkil edilməsi;
  • Uşaqların təhlükəsizliyinin və sağlamlıqlarının möhkəmləndirilməsininin, o cümlədən rasional yeməyin təşkilinə nəzarət edilməsi,
  • Həkimlə birlikdə fəaliyyət göstərərək sanitariya-gigiyena vəziyyətinə nəzarət edilməsi;
  • Məktəbdə olan yeniliklər keçirilən tədbirlər barədə pedaqoji heyət, valideyn və şagirdlərin vaxtında və düzgün məlumatlandırılması; 
  • Məktəbdə nizam-intizam qaydalarına riayət edilməsinin təmin edilməsi.

Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Qəbul prosesi müvafiq prosedura uyğun keçiriləcəkdir.

Kompleks yüksək səviyyəli işə qəbul üçün rəqabət qabiliyyəti və cəlbedici şərait təklif edir.

Müsahibədən uğurla keçən namizədlər 1 sentyabr 2018-ci tarixindən öz vəzifələrinin icrasına başlayacaqlar.

To apply for this position please send a comprehensive CV, recent photo and covering email, explaining your suitability for the role, addressed to hr@mtk.edu.az