Type : Local vacancies

Category : Other vacancies at MTK International School

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində məlumat xidməti (receptionist) vəzifəsinə müraciət etmək üçün ali təhsili olan namizədləri dəvət edirik. Biz yerli və xarici həmkarları ilə beynəlxalq mühitdə işləmək istəyən, davamlı öyrənmə və təkmilləşdirilməsi üçün açıq, dinamik, enerjili və təşəbbüskar əməkdaş axtarırıq. Əmək haqqı ixtisas səviyyəsindən asılıdır.

NAMİZƏDƏ TƏLƏBLƏR

  • Ali təhsil (bakalavr və ya magistr dərəcəsi);
  • Azərbaycan/Rus/İngilis dillərində mükəmməl danışma və yazma bacarığı;
  • MS Office proqramlarında (Word, Excel, Power Point, Outlook) işləmək bacarığı;
  • Ofis avadanlıqlarından istifadə etmə bacarığı (printer, skaner, faks);
  • Nizam intizamlı, məsuliyyətli, işgüzar, insanlarla ünsiyyət qurmağı bacaran;
  • Yaş: 22-35
  • Tələb olunan sahədə ən az 1-3 il müddətində iş təcrübəsi;

ÖHDƏLİKLƏR

  • Daxil olan zənglərin/məktubların qəbul edilməsi və müvafiq şöbələrə yönləndirilməsi;
  • Gələn valideynlərin və qonaqların qarşılanması və yönləndirilməsi;
  • Rəhbərliyin verdiyi tapşırıqları yerinə yetirilməsi;
  • Günlük / həftəlik / aylıq məlumat bazasının işlənilməsi və iclasların təşkil edilməsi;
  • Məşğuliyyət tam iş günü nəzərdə tutur.

Maraqlanan namizədlər (Word və ya PDF formatında)  1) sizin maraq və müvafiq vəzifəyə uyğunluq haqqında məktub (250-300 söz) və 2) cari CV şəkil ilə birlikdə təqdim etməlidirlər. Bu materiallar mövzu hissəsində iddia etdiyiniz vəzifənin adı qeyd olunmaqla, hr@mtk.edu.az electron ünvanına göndərilməlidir.

Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Qəbul prosesi müvafiq prosedura uyğun keçiriləcəkdir.

Kompleks yüksək səviyyəli işə qəbul üçün rəqabət qabiliyyəti və cəlbedici şərait təklif edir. Kompleks haqqında daha ətraflı məlumat üçün, http://www.mtk.edu.az/en/   linkinə müraciət edilə bilər.

To apply for this position please send a comprehensive CV, recent photo and covering email, explaining your suitability for the role, addressed to hr@mtk.edu.az