Type : Local vacancies

Category : Other vacancies at MTK International School

Kateqoriya:

İnzibati bölmə

Rol:

Qrafik Dizayner

Yer:

Bakı, Azerbaycan

Işə götürən:

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Müraciət tarixi

Dekabr 26, 2019

Son Müraciət tarixi:

Yanvar 10, 2020

Müqavilə növü:

Tam ştat.

Vakansiya haqqında:

      Heydər Əliyev adına Müasir Təhsil Kompleksi “Qrafik dizayner” vakansiyası üzrə ərizə qəbulu elan edir. İşə qəbul olacaq olan şəxs MTK-nın göstərişləri əsasında sosial şəbəkələr üçün verilən kontentləri dizayn edilməsi ilə məşğul olacaqdır.

Namizədə tələblər:

  • Adobe, Corel Draw, Movavi və digər qrafik dizayn proqramlarını bilən və SMM sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.

Öhdəliklər:

  • Poliqrafiya məhsullarının dizayn olunması
  • Sosial media üçün şəkillərin, videoların, posterlərin və animasiyaların dizayn olunası
  • Kreativ dizayn təkliflərinin verilməsi
  • Postların social şəbəkədə yerləşdirilməsi
  • Gündəlik veriləcək dizayn işləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi.

Beynəlxalq MTK məktəbinin üstünlükləri:

         Heydər Əliyev adına Müasir Təhsil Kompleksi burada fəaliyyət göstərən bütün müəllimlərə, inzibati işçilərə və şagirdlərə müasir, innovativ, yüksək səviyyədə təchiz edilmiş təhsil mühitini təklif edir. İşəgötürmə ilə bağlı mükəmməl şərait ilə yanaşı, Kompleksimiz dəstəkləyici mühitə malikdir, həmçinin, şagirdlər və müəllimlər arasında açıq dialoqun həyata keçdiyi əvəzsiz mühitə malik professional inkişaf üçün fürsətlər yaradır.

Bizimlə əlaqə:

Maraqlanan namizədlər aşağıdakı sənədləri təqdim etməklə müraciət edə bilərlər:

  • Müvafiq vəzifəyə uyğunluq haqqında motivasiya məktubu (250-300 söz) (Word/PDF formatında),
  • CV (şəkil ilə) (Word/PDF formatında).

 DİQQƏT:Bu materiallar mövzu hissəsində iddia etdiyiniz vəzifənin adı (məsələn,Qrafik Dizayner) qeyd olunmaqla, hr@mtk.edu.az, elektron ünvanına göndərilməlidir

Qeyd:

      Müsabiqəyə yalnız seçilmiş namizədlər dəvət olunacaq. Qəbul prosesi müvafiq prosedura uyğun keçiriləcəkdir.
Kompleksimiz yüksək səviyyəli işə qəbul üçün hərtərəfli şəraitin mövcud olduğu peşəkar iş mühiti təklif edir. Heydər Əliyev adına Müasir Təhsil Kompleksi haqqında ətraflı məlumat əldə etmək üçün qeyd olunan link vastiəsi ilə saytımıza daxil ola bilərsiniz:

http://www.mtk.edu.az/en/