25 aprel tarixində MTK-nın akt zalında şagirdlərimizin ifasında görkəmli dramaturqumuz M. F. Axundovun “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadüküni-məşhur” komediyası ingilis dilində səhnəyə qoyuldu.

Əsərdə hadisələr 1848-ci ildə Qarabağ bölgəsində cərəyan edir. Hatəmxan ağanın Fransadan gəlmiş qonağı, botanika alimi Müsyo Jordan öz vətəninə qayıdandan gənc Şahbazı da özü ilə Fransaya aparmaq istəyir ki, onu təhsili ilə şəxsən məşğul olsun. Lakin Şahbaz bəyin nişanlısı Şərəfnisə və əmisi arvadı Şəhrəbanu xanım müxtəlif yollarla onu bu fikrindən daşındırmağa çalışırlar. 

Komediya 1850-ci ildə yazılmasına baxmayaraq, qoyduğu problem, köhnəliklə yeniliyin qarşıdurması daim aktual olaraq qalır. Əsərdə cəhalət və nadanlıq tənqid olunur, elm və maarifçi ideallar isə təbliğ olunur. 

Tamaşanın quruluşçu rejissorları, məktəbin ingilis dili müəllimləri İradə Əliyeva və Xədicə Cəfərova qeyd edir ki, onların əsas məqsədi şagirdlərimizi əsərin klassik forması ilə tanış etmək olduğundan ssenariyə edilən əlavələr (Şərəfnisənin yuxusu, Məsətli Şahın cinlərlə rəqsi və s.) sırf gənc auditoriyada əsərə marağın oyadılması və komik elementlərin gücləndirilməsi ilə bağlıdır. 

Kompleksimizin şagirdləri dahi dramaturqumuzun sevilən əsərini böyük həvəslə ifa etməklə dramaturgiyamıza verdiyimiz dəyəri bir daha nümayiş etdirdilər.

Səhnə əsərində məktəbin şagirdləri Koroğlu Rəhimli (Hatəmxan ağa), Dəniz Tağıyeva (Şəhrəbanu xanım), Casmin Saramanova (Şərəfnisə), Qabil Kərimli (Şahbaz), Vaqif Hacıyev (Müsyo Jordan), Polad Fərhad (Məstəli Şah), Aidə Zeynalova (Gülçöhrə), Nəzakət Əliyeva (Xanpəri) və digərləri iştirak ediblər. 

 

mtk

muasirtehsilkompleksi

mtkazerbaycan

mtkbaku

müasirtəhsilkompleksi

hedərəliyevadınamüasirtəhsilkompleksi

modern

education

school

kindergarten

preschool

primary

secondary

highschool

bilingual

cambridge

IB

детскийсад

начальнаяшкола

русскийсектор

internationalstream

bakimoderntehsilkompleksi

bakımoderntəhsilkompleksi

частныешколыбаку

mtkschoolbaku

muasir

özəlməktəblər

schoolsinbaku

tehsilkompleksi

bestschoolsinbaku

лучшиешколывБаку

STEAM

internationalschool

privateschool

детскийсадик

детскийсадрядом

сайтыдетскихсадов

современныедетскиесады

хорошийдетскийсад

oxfordschool

oksfordschool

cambridgeschool

дошкольный

bagca

ibtidaimekteb

ortamekteb

bilinqualtehsil

школа

montessori

britishschool

middleschool

elementaryschool

mekteb