Page 5 - Qəbul paketi
P. 5

MİSSİYAMIZ


        Heydər Əliyev adına Müasir Təhsil Kompleksi beynəlxalq tədris mərkəzidir.
        Beləliklə, bizim missiyamız Azərbaycanda dayanıqlı özəl təhsil sisteminin formalaşmasında, mədəniyyətlərarası fərqin aradan qaldırılmasında müstəsna rol oynamaq,
        habelə yeniliklərə açıq olub onları qəbul edən şagirdlərin şəxsiyyət və vətəndaş kimi formalaşması, onların sosiallaşması üçün mühüm səriştələrin aşılanmasına geniş
        imkan  yaratmaqdır.
        Biz şagirdlərimizə yalnız intellektual səviyyəni deyil, həm də fərdi yaradıcılıq, əməkdaşlıq bacarıqlarını, fiziki sağlamlığı, sosial və emosional rifahı inkişaf etdirmək üçün tərtib
        olunmuş geniş proqram təklif edirik.
        Kompleksimiz şagirdlərə karyera və gələcəyi proqnozlaşdırmağın çətin olduğu bugünkü həyəcanlı, həm də fırtınalı dünyada inkişaf etməyi aşılayan təhsil verir.
        Bunu nəzərə alaraq məzunlarımızı ali məktəb və gələcək karyera seçməkdə yüksək səviyyədə rahatlıq verə bilən, XXI əsr bacarıqları ilə təmin edəcək tədris proqramı
        hazırlamışıq.
        MTK məzunları ən azı iki dildə tam akademik biliklərə sahib olur, əksəriyyəti isə üç və ya daha artıq dildə sərbəst danışa bilirlər. Bu isə o deməkdir ki, həm vətəndə, həm də
        xarici ölkələrdə geniş təhsil və karyera yolları onların üzünə daim açıq olacaqdır.

                                                                                                                                                          5
                                                                                                                             +994 55 202 84 01 / www.mtk.edu.az
   1   2   3   4   5   6   7   8   9   10