Page 9 - Qəbul paketi
P. 9

Uşaqlar  təhsilə  ikidilli  autentik  mühitdə  aşağıdakı  bölmələr  üzrə
                                                                                                  başlayırlar:

                                                                                                  BİLİNQUAL  A:  İngilis  və  Azərbaycan  dillərində  tədris  olunan
                                                                                                  beynəlxalq məktəbəqədər təhsil.


                                                                                                  BİLİNQUAL  B:  İngilis  və  rus  dillərində  tədris  olunan  beynəlxalq
                                                                                                  məktəbəqədər təhsil  .



                                                                                                  İKİDİLLİ AUTENTİK TƏLİM MÜHİTİNİN

                                                                                                  YARADILMASI



                                                                                                  Hər  qrupda  iki  müəllim  fəaliyyət  göstərir  və  hər  müəllim  şagirdlərlə
                                                                                                  yalnız müvafiq dildə ünsiyyət qurur. Dərs prosesində müəllimlərdən biri
                                                                                                  şagirdlərlə ingilis dilində, digəri isə yalnız ana dilində danışır. Buna “bir
                                                                                                  insan  -  bir  dil  prinsipi”  deyilir.  Bu  prinsip  daha  çox  ikidilli  ailələrin
                                                                                                  ünsiyyətinə bənzəyir, belə ki, hər valideyn uşaqla ünsiyyət zamanı öz
                                                                                                  ana dilindən istifadə edir.
                                                                                                  Bu  unikal  sistem  şagirdlərimizdə  autentik  ikidillilik  formalaşdırmaqla
                                                                                                  yanaşı, pozitiv əqli inkişafına təkan verir.
                                                                                                  GÜNDƏLİK PROQRAM:
        MƏKTƏBƏQƏDƏR TƏHSİL                                                                       Məktəbəqədər bölmə saat 08:30-dan 17:00-a kimi fəaliyyət göstərir.




      BİZİM KURİKULUM                                                                                 Səhər və günorta yeməyi, qəlyanaltı, meyvə saatı

                                                                                                      Dərs və məşğələlər
      Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin məktəbəqədər təhsil bölməsi 2-5 yaşlı uşaqlar
      üçün nəzərdə tutulmuşdur.
                                                                                                     Klub və dərnəklər
      Burada beynəlxalq səviyyədə tanınmış Early Years Foundation Stage Kurikulum (EYFS)  sistemi     Bina daxilində tədqiqat
      tətbiq olunur. Bu proqram uşaqların əsas ünsiyyət bacarıqlarını, fiziki, şəxsi, sosial və emosional
      inkişaflarını dəstəkləyir və təkan verir.
                                                                                                      Açıq havada tədqiqat
      Uşaqlar keçid qrupundan ibtidai sinfə irəlilədikcə onlarda oxu-yazı qabiliyyəti, riyazi bacarıqlar
      inkişaf edir, STEAM üzrə biliklər əldə edirlər.                                                 Kiçik, orta və böyük qrup üçün yuxu saatı

                                                                                                                                                          9
                                                                                                                             +994 55 202 84 01 / www.mtk.edu.az
   4   5   6   7   8   9   10   11   12   13   14