Page 11 - Qəbul paketi
P. 11
İBTİDAİ MƏKTƏB
BİZİM KURİKULUM
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin ibtidai
məktəbi 6-9 yaşlı uşaqları yüksək keyfiyyətli təhsil və
qayğı ilə təmin edir.
Tədris proqramımız Kembric ibtidai tədris proqramının,
Azərbaycan Milli Kurikulumunun və Beynəlxalq ibtidai
kurikulumun müsbət elementlərini özündə birləşdirən,
maraqlı, autentik ikidilli təlim mühiti yaradaraq ingilis və
ana dillərində tətbiq olunur.
Şagirdlər aşağıdakı iki bölmədən birini seçə bilərlər:
BİLİNQUAL A-da yerli tədris proqramı ilə yanaşı ,
beynəlxalq tədris proqramı tətbiq olunur. Əsas tədris
dilləri: ingilis və Azərbaycan dilləridir.
BİLİNQUAL B-də yerli tədris proqramı ilə yanaşı ,
beynəlxalq tədris proqramı tətbiq olunur. Əsas tədris
dilləri: ingilis, rus və Azərbaycan (dövlət dili kimi) dilləridir.
Qeyd: Əcnəbi şagirdlərə Azərbaycan dilində tədris
olunan fənlərin əvəzinə ingilis dilində dərslər təklif olunur.
FƏNLƏR VƏ ONLARIN TƏDRİS
DİLİ
Hər iki bölmə valideynlərin istəyinə əsasən, Azərbaycan
və ya rus dilində Milli Kurikuluma əsasən tamamlanan
güclü beynəlxalq tədris proqramına malikdir. Valideynlərə
bir sıra fənlər üzrə ingilis və ana dili seçmək imkanı verilir.
11
+994 55 202 84 01 / www.mtk.edu.az

