Page 13 - Qəbul paketi
P. 13
QİYMƏTLƏNDİRMƏ
İbtidai siniflərdə aşağıda göstərilən metodlardan istifadə edərək
şagirdlərin təlim və tərbiyədəki inkişaf dinamikasını yaxından izləyirik:
Yaş səviyyələri nəzərə alınmaqla bütün əsas fənlər üzrə müntəzəm şəkildə tətbiq olunan
testlər vasitəsilə şagirdlərin inkişafına nəzarət etmək;
Şagirdlərin biliklərini dünyanın digər yüksək səviyyəli məktəblərindəki həmyaşıdları ilə
müqayisə etməyə imkan verən rəqəmsal qiymətləndirmə vasitələri (MAP Growth);
Davranış üzrə qiymətləndirmənin (dərsə münasibətin, diqqətin, sosial və qrup işi
bacarıqlarının müəllim tərəfindən qiymətləndirilməsi) iki həftədən bir aparılması;
Şagirdlərin məktəbə münasibəti haqqında rəy verən müəllim konfranslarının və testlərin
keçirilməsi;
Semestr ərzində iki dəfə valideyn iclaslarının keçirilməsi;
Semestrdə bir dəfə valideynlərə şagirdlərin qiymətləri, izahlı rəylər də daxil olmaqla ətraflı
yazılı hesabatların təqdim edilməsi.
Yuxarıda qeyd olunanların hamısı hər bir şagird haqqında ətraflı məlumat daşıyan e-mtk
jurnalı vasitəsilə valideynlərə aydın və səmərəli şəkildə təqdim olunur.
NİYƏ MTK?
MTK-nın ibtidai təhsil pilləsini fərqləndirən xüsusiyyətlər:
Peşəkar əcnəbi və yerli mütəxəssislər tərəfindən yüksək keyfiyyətli tədris;
Hər bir sinifdə interaktiv lövhələrlə tam təchiz olunmuş müasir tədris mühiti;
Fərqli və maraqlı, əsl ikidilli tədris proqramı;
Valideynlər üçün iki bölmədən birini seçmək imkanının olması;
Valideynlərin öz övladları üçün mükəmməl bir təlim mühiti əldə etmək fürsəti;
Həm üz-üzə, həm də e-mtk jurnalı vasitəsilə şagirdlərin şəxsi inkişafı və təlim nəticələri
ilə bağlı müntəzəm olaraq ətraflı rəylərin verilməsi;
Klublar, liderlik proqramları və ictimaiyyətlə əlaqəli layihələr də daxil olmaqla canlı bir
məktəbdənkənar proqramın tətbiq edilməsi;
Valideynlərin də müntəzəm iştirak etmək imkanı olan maraqlı tədbirlərin, öyrədici
ekskursiyaların təşkil olunması.
Biz tədris proqramımızı şagirdlərimizin MTK- da öz təhsillərini yüksək səviyyədə başa
vurması üçün dəqiqliklə hazırlamışıq.
13
+994 55 202 84 01 / www.mtk.edu.az

