Page 17 - Qəbul paketi
P. 17

QİYMƏTLƏNDİRMƏ


           Beynəlxalq  bölmədə:  Orta  təhsil  pilləsində  şagirdin  inkişafını  izləmək  və
           davranışına nəzarət etmək üçün müxtəlif üsullardan istifadə edirik.

           Beynəlxalq bölmənin orta təhsil pilləsinin 5-ci və 8-ci (IGCSE-dən əvvəl)
           siniflərində şagirdlərin müvəffəqiyyəti Cambridge qiymətləndirmə sisteminin
           Checkpoint imtahanları vasitəsilə yoxlanılması;


           Cambridge qiymətləndirmə sisteminin IGCSE və AS / A- səviyyə imtahanları
           icbari  və  universitetdən  öncə  təhsilin  beynəlxalq  təsdiqlənməsini  təmin
           edilməsi;

           Milli  attestat*  almaq  üçün  bütün  sınaq  və  əsas  imtahanlar  verilir  (yalnız
           azərbaycanlı şagirdlər);

           Bütün  əsas  fənlər  üzrə  şagirdlərin  inkişafını  onların  yaşlarına  uyğun
           gözləntilərə əsasən müntəzəm olaraq yoxlamaq üçün standart testlərdən
           istifadə olunması;

           Şagirdlərin  biliklərini  dünyanın  digər  yüksək  səviyyəli  məktəblərindəki
           həmyaşıdları ilə müqayisə etməyə imkan verən rəqəmsal qiymətləndirmə
           vasitələri (məsələn, MAP Growth);

           Davranış üzrə qiymətləndirmənin (şagirdin münasibətinin, diqqətinin, sosial
           və qrupda işləmə bacarıqlarının müəllim tərəfindən qiymətləndirilməsi) iki
           həftədən bir aparılması;

           Şagirdin  məktəbə  münasibətinin,  şəxsi  keyfiyyətlərinin  və  davranışının
           qiymətləndirilməsi  üçün  müəllim-şagird  söhbətləri  və  PASS  testlərinin
           keçirilməsi;


           Semestr ərzində iki dəfə valideyn iclaslarının keçirilməsi;

           Semestr ərzində bir dəfə valideynlərə şagirdlərin qiymətləri və izahlı rəylər də
           daxil olmaqla ətraflı yazılı hesabatların təqdim edilməsi.


           *Azərbaycan Respublikası Ümumi orta və Tam orta təhsil haqqında attestat





                                                                                                                                                         17
                                                                                                                             +994 55 202 84 01 / www.mtk.edu.az
   12   13   14   15   16   17   18   19   20   21   22