Page 14 - Qəbul paketi
P. 14

ORTA MƏKTƏB




        MİLLİ KURİKULUM


        Kompleksimizin orta məktəbində təhsil alan şagirdlərimiz
        Milli Kurikulum çərçivəsində təhsil almağa üstünlük verdiyi
        kimi təhsilini beynəlxalq bölmə üzrə də davam etdirə bilər.
        Biz Milli Kurikuluma dünyanın tanınmış beynəlxalq tədris
        proqramlarının vacib prinsiplərini özündə birləşdirən fənləri
        əlavə etməklə onu zənginləşdirmişik.
        Şagirdlərə hər gün 5 saat olmaqla əsas xarici dil kimi
        ingilis dili , əlavə olaraq həftədə 2 dəfə isə ingilis dilində
        “Global Perspective” fənni  tədris olunur. Beləliklə, Milli
        Kurikulum əsasında təhsil alan şagirdlər həftə ərzində 7
        saat ingilis dili fənni ilə təmin olunurlar. Bu isə şagirdlərə
        intensiv şəkildə ingilis dili öyrənməyə imkan verir.  Eyni
        zamanda şagirdlərə rus, fransız, alman, ərəb dilləri müasir
        xarici dillərdən (MXD) biri olaraq seçim əsasında tədris
        olunur. Milli Kurikulum əsasında təhsil alan şagirdlərimiz isə
        öz növbəsində Azərbaycan və ya rus bölməsini seçə bilər.

        Azərbaycan bölməsi:  Azərbaycan bölməsinin orta təhsil
        pilləsinin şagirdləri dərslərdə əsas təlim dili kimi
        Azərbaycan dilində ünsiyyət quraraq sağlam mühitdə
        təhsil alırlar.

        Rus bölməsi: Rus bölməsinin orta təhsil pilləsinin şagirdləri
        dərslərdə əsas təlim dili kimi rus dilində ünsiyyət quraraq
        sağlam mühitdə təhsil alırlar.













             14
              www.mtk.edu.az / +994 55 202 84 01
   9   10   11   12   13   14   15   16   17   18   19