Page 16 - Qəbul paketi
P. 16
BEYNƏLXALQ KURIKULUM
Beynəlxalq bölmənin orta təhsil pilləsində 10-18 yaşlı
şagirdlərə yüksək keyfiyyətli beynəlxalq təhsil verilir.
Məqsədimiz şagirdləri gələcəkdə həm beynəlxalq, həm
də Azərbaycan universitetlərində təhsillərini davam
etdirməyə imkan verən mükəmməl biliklə təmin
etməkdir.
Beynəlxalq bölmənin orta təhsil pilləsində beynəlxalq
səviyyədə tanınan Kembric orta məktəbinin tədris
proqramı tətbiq olunur. Azərbaycanlı şagirdlər üçün isə
əlavə olaraq Azərbaycan dili və milli kurikulum üzrə
tədris olunan riyaziyyat fənləri də keçilir.
10, 11 və 12-ci siniflərin sonunda şagirdlər İGCSE, AS
və A-Səviyyə imtahanları verirlər. Bu imtahanlar
Azərbaycanda və xaricdə geniş tanınır və dünyanın ən
yaxşı universitetlərinə daxil olmağa imkan verir.
TƏDRİS OLUNAN FƏNLƏR
Kembric proqramı üzrə riyaziyyat
Milli kurikulum üzrə riyaziyyat
İKT/ Alqoritmika
Azərbaycan dili*
İngilis dili
Bologiya, kimya və fizika
Dünya və Azərbaycan tarixi
Coğrafiya, Global Perspectiv
Biznes bilikləri
İqtisadiyyat
Müasir xarici dillər (fransız, alman və ya rus dili)*
Fərdi, sosial və tibbi maariflənmə
Təsviri incəsənət
Musiqi
Fiziki tərbiyə
* Ulduzla işarələnənlər istisna olmaqla bütün digər fənlər
ingilis dilində tədris olunur.
16
www.mtk.edu.az / +994 55 202 84 01

