Page 20 - Qəbul paketi
P. 20
MUSİQİ MƏKTƏBİ
Musiqi hər bir xalqın milli mədəniyyətinin
özəyi, bəşər övladının mənəvi aləmini
zənginləşdirən ən böyük xəzinədir.Təsadüfi
deyil ki, məktəblilərdə hələ kiçik yaşlarından
musiqi təhsilinin aşılanması onların kamil bir
şəxsiyyət kimi formalaşmasında mühüm rol
oynayır. Məhz bu baxımdan 2002- ci ildə
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
öz nəzdində Uşaq Musiqi Məktəbinin
yaranmasına nail olmuşdur.
Musiqi məktəbimizin başlıca məqsədi
Kompleksimizdə təhsil alan şagirdləri
hərtərəfli yetişdirmək, onlara incə musiqi
duyumu aşılamaq, milli və dünya musiqi
mədəniyyətini dərindən mənimsətməkdir.
Qeyd etmək vacibdir ki, 18 illik (2002- 2020)
fəaliyyəti dövründə Uşaq Musiqi Məktəbi
qarşıya qoyduğu hədəfə uğurla nail olmuşdur.
Kompleksimizin nəzdində musiqi təhsili almış
şagirdlərimiz arasında dünya miqyasında öz
sözünü deyənlər də vardır. Bu baxımdan
məzunumuz olan bəstəkar musiqiçi Arzu
Abbasovanın nailiyyətlərini fəxrlə qeyd edə
bilərik.
Siz Kompleksin nəzdində fəaliyyət göstərən
Uşaq Musiqi Məktəbini seçməklə eyni
zamanda asudə vaxtınıza qənaət etmiş
olursunuz.
Beləliklə, övladınızın məktəbdənkənar musiqi
təhsilini məhz Kompleks daxilində onun
akademik təhsili ilə paralel şəkildə təmin edə
bilərsiniz.
20
www.mtk.edu.az / +994 55 202 84 01

