Page 22 - Qəbul paketi
P. 22
DƏRSDƏNKƏNAR PROQRAMLAR
DƏRNƏKLƏR, LİDERLİK PROQRAMLARI,
XEYRİYYƏ İŞLƏRİ, SOSİAL LAYİHƏLƏR, İDMAN
FƏALİYYƏTİ, YARIŞLAR, OLİMPİADALAR VƏ
DAHA ÇOX!
Sinif otağı övladınızın təhsilinin və həyatının ayrılmaz hissəsi olduğuna
baxmayaraq o yalnız təhsilin bir hissəsi kimi qalmamalıdır. Övladınızın
hərtərəfli təhsildən zövq almasını istəyirsinizsə, “dərsdənkənar
fəaliyyətlər” onun təhsil həyatına əla bir əlavə ola bilər.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Dərsdənkənar fəaliyyət
proqramı”nda bu yanaşmanı daim diqqət mərkəzində saxlayırıq. Şagirdlər
idman, rəsm, musiqi, akademik dərnəklər, yarışlar, liderlik bacarıqlarını
inkişaf etdirən xeyriyyə işləri və sosial layihələr kimi bir sıra fəaliyyət
növlərində iştirak edə bilərlər. Bizim prioritetimiz şagirdləri dərslər
bitdikdən sonra gün ərzində təhlükəsiz, rahat və inkişafyönümlü
fəaliyyətlərlə təmin etməkdir.
Tədqiqatlar göstərir ki, müntəzəm olaraq dərsdənkənar fəaliyyətlərdə
iştirak edən şagirdlər bir sıra üstünlüklərə malik olurlar. Onlar öyrənirlər,
böyüyürlər və ən əsası əylənirlər. Müasir Təhsil Kompleksi tərəfindən
övladlarınıza təklif olunan “dərsdənkənar fəaliyyət ”lərin və klubların ilk 10
faydası aşağıdakılardır.
DƏRSDƏNKƏNAR FƏALİYYƏTLƏRDƏ İŞTİRAKIN
İLK 10 FAYDASI:
1. Akademik: “Understood” jurnalına görə aparılan araşdırmalar göstərir
ki, dərsdən sonra fəaliyyətlərdə iştirak edən şagirdlər daha yüksək
qiymətlərə və iş etikasına malik olurlar.
2. Zamanın idarə olunması: Övladınızın məktəb və ailədən başqa əlavə
öhdəliklərinin olması ona öz vaxtını düzgün dəyərləndirməyi və son
tarixlərə uyğunlaşmağı öyrənməsinə kömək edə bilər.
22
www.mtk.edu.az / +994 55 202 84 01

