Page 23 - Qəbul paketi
P. 23

3. Dostluq və sosial bacarıqlar: Ənənəvi sinifdə   ünsiyyət üçün çox
      məhdud  vaxt  ayrılır,  amma  dərsdənkənar  fəaliyyətlər  şagirdlərə  dərin
      münasibətlər qurmaq, dostlar qazanmaq  üçün əlavə imkanlar yaradır.

      4. Komanda  işi:  “Spelling  Bees”  oyununa  hazırlaşmaqdan  şahmat
      oynamağa  qədər,  şagirdlərə  ümumi  məqsədə  çatmaq  üçün  qruplarda
      necə işləməyi öyrənməyə kömək  edən çox sayda fəaliyyət növü vardır.

      5. Maraqları  araşdırmaq:    Oxumaq,  yazmaq  və  hesabdan  başqa
      həyatda öyrənməyə çox şey var.   Dərsdənkənar fəaliyyətlər şagirdlərə
      ətraf aləmi daha çox araşdırmağa və maraqlarını kəşf etməyə imkan verir.

      6. Fiziki sağlamlıq: İdman, rəqs və başqa dərsdənkənar fiziki fəaliyyət
      növlərində iştirak (məktəb komandası, klub və ya məktəbdaxili yarışlar)
      şagirdlərə  aktiv həyat sürmək və sağlam çəkini qorumaq imkanı verir.

      7. Dəyişən aləmdə çevik düşüncə qabiliyyəti: şərtlərin dəyişməsi ilə bir
      insanın necə davranması, problem və vəzifələrin yeni və yaradıcı yollarla
      həll olunması deməkdir.


      8. Valideynlərin iş məhsuldarlığı: İş gününün müddəti dərs günündən
      uzun  olur.  Övladına  dərsdənkənar  fəaliyyətdə  müəlimllər  tərəfindən
      nəzarət olunduğundan  əmin olan valideynlərin öz iş yerlərində məhsuldar
      olma ehtimalları da yüksək olur.  Bu məqamı nəzərə alaraq bizim dərsdən
      sonra proqramımız saat 17:15-dək davam edir.

      9. Təfəkkürün inkişafı və karyera imkanları: Yeni bir dildə danışmaq,
      hər  hansı  bir  musiqi  alətində  çalmaq  və  ya  Van  Qoq  üslubunda  rəsm
      çəkməyi  öyrənmək  beynin  müsbət  inkişafına  təsir  edir.  Bu  həm  də
      şagirdlərə yaradıcı bacarıq tələb edən   gələcək karyeralar üçün də qapı
      aça bilər.

      10. Universitetlərə  qəbul  şansı:  Dünyanın  ən  yaxşı  universitetlərinə
      qəbul olunmaq getdikcə daha rəqabətlidir. Komandada işləmək və liderlik
      bacarıqlarına  malik  olan,  ictimaiyyətə  xidmət  edən,  idman  və  yaradıcı
      istedadlara  malik  olan  namizədlər  universitetlərə  ərizələrini  təqdim
      edərkən fərqli bir üstünlüyə malik olurlar.






                                                                                                                                                         23
                                                                                                                             +994 55 202 84 01 / www.mtk.edu.az
   18   19   20   21   22   23   24   25   26   27   28