Musiqi hər bir xalqın milli mədəniyyətinin özəyi, bəşər övladının mənəvi aləmini zənginləşdirən ən böyük xəzinədir.Təsadüfi deyil ki, məktəblilərdə hələ kiçik yaşlarından musiqi təhsilinin aşılanması onların kamil bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Məhz bu baxımdan 2002-ci ildə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi öz nəzdində Uşaq Musiqi Məktəbinin yaranmasına nail olmuşdur.

Musiqi məktəbimizin başlıca məqsədi Kompleksimizdə təhsil alan şagirdləri hərtərəfli yetişdirmək, onlara incə musiqi duyumu aşılamaq, milli və dünya musiqi mədəniyyətini dərindən mənimsətməkdir. Qeyd etmək vacibdir ki, 23 illik (2002- 2025) fəaliyyəti dövründə Uşaq Musiqi Məktəbi qarşıya qoyduğu hədəfə uğurla nail olmuşdur. Kompleksimizin nəzdində musiqi təhsili almış şagirdlərimiz arasında dünya miqyasında öz sözünü deyənlər də vardır. Bu baxımdan məzunumuz olan bəstəkar musiqiçi Arzu Abbasovanın nailiyyətlərini fəxrlə qeyd edə bilərik.
Siz, Kompleksin nəzdində fəaliyyət göstərən Uşaq Musiqi Məktəbini seçməklə eyni zamanda asudə vaxtınıza qənaət etmiş olursunuz. Beləliklə, övladınızın məktəbdənkənar musiqi təhsilini məhz Kompleks daxilində onun akademik təhsili ilə paralel şəkildə təmin edə bilərsiniz.

Təhsil müddəti
Uşaq Musiqi Məktəbində təhsil digər musiqi məktəblərində olduğu kimi 5-7 illik dövrü əhatə edir.
Şagirdlərimiz öz musiqi fəaliyyətlərini müxtəlif tədbirlərdə, müsabiqələrdə, hesabat konsertlərində göstərməklə əldə etdikləri bacarıqları bir daha nümayiş etdirmiş olurlar.

.jpg)
Şagirdlərə tədris olunan çalğı alətləri:
Fortepiano
Violin
Tar
Kamança
Qanun
Gitara
Nağara
Hər bir Musiqi məktəbinin tədrisində olduğu kimi bizim proqramda da şagirdlərə musiqi alətlərində ifa bacarıqlarına yiyələnmə ilə yanaşı solfecio, xor, musiqi ədəbiyyatı və Azərbaycan xalq yaradıcılığı fənləri keçilir. Qeyd edək ki, şagirdlərimiz öz arzusuna uyğun olaraq iki alət üzrə də təhsil ala bilərlər.

Həftəlik dərs yükü:
1) Həftədə 2 dəfə -ixtisas dərsi
2) Həftədə 1 dəfə solfecio dərsi
3) Həftədə 1 dəfə xor dərsi
4) Həftədə 1 dəfə musiqi ədəbiyyatı dərsi (3-cü sinifdən etibarən)

Şagirdlərin musiqi təhsili üzrə dərs saatları orta məktəbin dərs cədvəlinə uyğun tərtib olunur.
Musiqi təhsilinin sonunda şagirdlərimizə musiqi məktəbini bitirməsi haqqında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Şəhadətnamə verilir.