11 fevral tarixində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Qadınlar və Qızların Elmə Həsr Olunmuş Beynəlxalq Gününə həsr edilən panel müzakirəsi təşkil olundu. Tədbirdə SDG səfirləri, şagirdlər, müəllimlər və məktəb rəhbərliyi iştirak etdilər.
Panel zamanı qızların elmdə rolunun gücləndirilməsi, bərabər imkanların təşviqi və gələcəyin alimlərinin dəstəklənməsi mövzularında geniş fikir mübadiləsi aparıldı. Çıxışlarda elmdə gender balansının əhəmiyyəti və gənc qızların STEM sahələrinə marağının artırılmasının vacibliyi vurğulandı.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi üçün təhsil yalnız akademik nəticə deyil, həm də düşünən və məsuliyyətli şəxsiyyətlərin formalaşdırılmasıdır. Qızların elm və innovasiya sahəsində aktiv iştirakı isə davamlı və inklüziv inkişafın əsas şərtlərindən biridir.