Elm və Təhsil Nazirliyinin dəstəyi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin təşkilatçılığı ilə “Ana Kür” milli ekoloji-maarifləndirmə layihəsinə rəsmi olaraq start verildi.
Layihənin məqsədi ətraf mühitə məsuliyyətli yanaşmanı təşviq etmək və cəmiyyətdə ekoloji düşüncə mədəniyyətini gücləndirməkdir. “Ana Kür” təşəbbüsü maarifləndirmə və birgə tədqiqat fəaliyyəti vasitəsilə iştirakçıları elmi əsaslı yanaşmaya söykənən praktiki fəaliyyətə cəlb edir.
Layihə hər bir vətəndaşı düşünməyə, öyrənməyə və dəyişimin fəal iştirakçısına çevrilməyə dəvət edir. Birgə əməkdaşlıq və davamlı təşəbbüslər vasitəsilə gələcəyə daha məsuliyyətli yanaşmanın formalaşdırılması hədəflənir.
“Ana Kür” Milli Ekoloji-Maarifləndirmə Layihəsində iştirak etmək üçün qeydiyyat linki:
https://forms.office.com/pages/responsepage.aspx?id=2UCrzaAWXk6Fmm9mXVrHmyoVJ7UcVLFIjqPVt4buwGZUNFFURU9RMkpaWlFOT0NEVkg2UUdONkNOMi4u&route=shorturl