Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Təhsil TV ilə əməkdaşlıq çərçivəsində “Açıq Mikrofon” layihəsi həyata keçirildi.
Layihə çərçivəsində Kompleksin foyesində üzərində “Share Something Positive” yazılmış pano və açıq mikrofon yerləşdirildi. Gün ərzində şagirdlər heç bir hazırlıq olmadan, tam səmimi şəkildə pozitiv fikirlərini bölüşdülər.
Səslənən cümlələr bir daha göstərdi ki, məktəb mühiti yalnız akademik biliklə deyil, eyni zamanda dəyərlərlə formalaşır. Şagirdlərin içdən gələn sözləri məktəb icmasının birliyini və qarşılıqlı dəstəyini əks etdirdi.
“Açıq Mikrofon” təşəbbüsü pozitiv ünsiyyətin təşviqinə və məktəb daxilində sağlam psixoloji mühitin gücləndirilməsinə xidmət edir. Kompleks bütün təhsil müəssisələrini bu təşəbbüsə qoşulmağa və pozitiv mesajların yayılmasına dəvət edir.
Bəzən bir cümlə kifayətdir ki, günün axarını dəyişsin.