Müəllimlərimiz üçün özünü dərk və emosional balans sessiyası keçirildi

MTK Hero Background

4 fevral tarixində Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllim heyəti THINKIN Institute-un həmtəsisçisi Rajiv Nandha ilə görüşdə iştirak etdi. Sessiya müəllimlərin şəxsi və peşəkar inkişafına yönəlmiş məzmunu ilə seçildi.

Görüş zamanı özünü dərk, pozitiv düşüncə və emosional balans mövzuları müzakirə olundu. Müəllimlər gündəlik ünsiyyət və qərarvermə prosesində düşüncə tərzinin rolunu təhlil etdilər. Bu yanaşmanın sinif mühitinə necə təsir etdiyi xüsusi vurğulandı.

Daxili balansın gücləndirilməsi müəllimlərə daha sakit, dəstəkləyici və anlayışlı öyrənmə mühiti yaratmaq imkanı verir. Bu isə şagirdlərin özünə inamının, diqqətinin və emosional rifahının formalaşmasına birbaşa təsir göstərir.

Sessiya həm tədris yanaşmasına, həm də şagird inkişafına uzunmüddətli töhfə verəcək dəyərli təcrübə oldu.

Qeydiyyat