Şagird təhlükəsizliyi ilə bağlı maarifləndirici görüş

MTK Hero Background

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində şagirdlərin təhlükəsizliyi daim diqqət mərkəzindədir. Bu istiqamətdə növbəti görüş Nəsimi rayonunun hüquq-mühafizə orqanlarının nümayəndələri ilə keçirildi.

Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayev, Nəsimi Rayon Mühafizə İdarəsinin rəis müavini polis mayoru Xalyəddin Budaqov və idarənin əməkdaşları Kompleksin qonağı oldular.

Qonaqlar pedaqoji kollektivlə görüşərək şagirdlərin təhlükəsizliyi, onların psixoloji durumu və məktəbdə təhlükəsiz şəraitin təmin olunması ilə bağlı vacib məlumatları kollektivlə paylaşdılar. Görüş zamanı müəllimlərə şagirdlərin psixoloji vəziyyətinə diqqət yetirmələri, valideynlərlə və aidiyyəti qurumlarla sıx əlaqə saxlamaları, uşaqların təhlükəsizliyini qorumaq məqsədilə zəruri tədbirlər görülməsi barədə zəruri məsləhətlər verildi.
 

Qeydiyyat