29 yanvar tarixində IDEA İctimai Birliyi tərəfindən məktəblilər üçün ətraf mühit mövzusunda maarifləndirici kviz yarışı təşkil olundu. Tədbirin əsas məqsədi gənclər arasında ekoloji biliklərin artırılması və ətraf mühitə məsuliyyətli yanaşmanın təşviqi idi.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yuxarı sinif şagirdləri yarışda fəal iştirak etdilər. Onlar müxtəlif ekoloji mövzular üzrə biliklərini sınadılar, ətraf mühitin qorunması ilə bağlı fikirlərini bölüşdülər və müzakirələrə qoşuldular.
Belə təşəbbüslər şagirdlərdə ekoloji məsuliyyət hissinin formalaşmasına və planetə daha şüurlu yanaşmanın inkişafına töhfə verir. Yarışın sonunda bütün iştirakçılar sertifikatlarla təltif olundu.
Kompleks olaraq, gələcəyimiz üçün düşünən və öyrənən gənclərin yetişməsini dəyərli hesab edirik.